Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gülyanaq Məmmədova teatra 4 min manat rüşvət verib? – Xalq artistindən AÇIQLAMA


Əməkdar artist Nigar Şabanova ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasındakı qalmaqal böyüməkdə davam edir. 
Belə ki, ötən həftə Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrnda “Leyli və Məcnun” tamaşasını ifa etmək üçün ondan 4 min manat rüşvət istənildiyini açıqlamışıdı.
Bununla bağlı açıqlama verən teatrın mətbuat katibi Şükufə Ağamirzəyeva deyilənlərin şər və böhtan olduğunu bildirmiş və xəbəri təkzib etmişdi.
Lakin ötən gün Nigar yenidən “Hər şey daxil” verlişinə telefonla bağlanaraq, Xalq artisti Gülyanaq Məmmədovanın da pulla sözügedən obrazı oynadığını söyləyib.
Məsələ ilə bağlı Xalq artisti Güyanaq Məmmədova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında teatrın bu günə qədər ondan rüşvət tələb etmədiyini bildirib: “Nigar xanımla mən danışdım. O, mənim haqqımda belə söz demədiyini dedi. Nigar xanıma böyük hörmətim var, sənətinə də, özünə də, ifasına da. O, deyir ki, efirdə mən bu sözü deməmişəm. Sadəcə demişə ki, Gülyanaq xanım “kommerski” oynayır. O, 4 min manat pul verib sözünü işlətməmişəm. “Kommerski” oynamaq pul vermək demək deyil. Opera və Balet Teatrın solisti olmayanda gedirsən tamaşanı oynayıb çıxırsan. Mən dəvət almışam, getmişəm və oynamışam. Tamaşam da yüksək səviyyədə anşlaqla keçib. Buna görə məndən bir qəpik də pul almayıblar. Bugünə qədər də teatr tərəfindən təkliflər alıram sadəcə vaxtım yoxdur getməyə. Buna görə də heç bir rüşvət tələb etməyiblər ”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10