Nensi Pelosi Trampın impiçmenti ilə bağlı səsvermədən danışıb
ABŞ Konqresinin Nümayəndələr palatası oktyabrın 31-dək prezident Donald Trampın impiçmenti ilə bağlı araşdırmanı nəzərdə tutan qətnaməni səsverməyə çıxaracaq.
cenub.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə palatanın spikeri Nensi Pelosi bildirib. Onun sözlərinə görə, artıq parlament komitələrində impiçmentlə bağlı araşdırmalar başladılıb:
“Biz bu tədbirləri Tramp administrasiyasının hər hansı sənədləri gizləməsi, şahid ifadələrinə müdaxilə etməsi, qanuni çağırışlara məhəl qoymaması şübhələrinə qarşı görürük”.
Qeyd edək ki, konqresmenlər Trampın impiçmenti prosedurunu onun qarşıdakı seçkilərdə rəqibi olan Cozef Baydeni gözdən salmaq üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət etməsi məlumatından sonra irəli sürüblər.