Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda inhisarçılığa qarşı mübarizə başlayır: Nazirdən ilk açıqlama - Video



"Bazar iqtisadiyyatının bir neçə təməl prinsipi var – mülkiyyətin toxunulmazlığı, qanunların aliliyi. Bu prinsiplərdən biri də azad rəqabətdir. Azad rəqabət prinsipinin təmin edilməsi üçün demək olar ki, bütün ölkələrdə, bütün iqtisadiyyatlarda antiinhisar qurumları fəaliyyət göstərir".

cenub.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib. O, əlavə edib ki, antiinhisar qurumlarının əsas məqsədi azad rəqabəti qorumaqdır:

"Azad rəqabət nəyə görə vacibdir, nəyə görə bu təməl prinsipdir?! Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur. Artıq bazarda alıcı ilə satıcı arasındakı münasibət bir tərəfin diktəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur. 

Bizim iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq. Bu, özünü müxtəlif amillərdə büruzə verir - ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. 

Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir".

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10