Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bədbinliyin kökləri, səbəbləri və onun müalicə yolları...


Bədbinliyə səbəb olan amillər bunlardır:

1. Qəlbi napaklıq. Bəzi insanlar öz ümumi qaydalarına əsasən başqa insanları yaxşı və pis deyə müqayisə edirlər.

2. Qisasçılıq, kin və paxıllıq. İnsan nəzəri olaraq, istədiyi insandan intiqam ala bilmədiyinə görə fikir və qəlb məntəqəsindən geri çəkilər və orada ortalığı qarışdırar. Bu insanlara pis insan nisbəti verər.

3. Bəzən bədbinliyin mənşəyi təkəbbür və eqoistlikdir. O kəs ki, özünü başqa insnalardan üstün hesab edər, fikrində başqalarını zəif qəbul edər.

4. Əvvəlcədən mühakimə yürütmək. Məsələn, bir şəxs görür ki, dostu onunla laqeyd rəftar edir, diqqətli olmadığını qəbul etmək yerinə mühakimə irəli sürür ki, dostu onunla yaxşı rəftar etmir.

5. Nalayiq insanlarla oturub-durmaq. Bu cür insanlarla oturub-durmaq bədbinliyə səbəb olar. İmam Əli (ə) buyurur: “Pis insanlarla oturub-durmaq - yaxşılara qarşı bədgümanlığa səbəb olar”.

Bədbinliklə mübarizə yolları

1. Bədbinliyin köklərini və səbəblərini tanımaq.

2. İctimai və fərdi ziyanları tanımaq.

Bədbinliyin insanlara vurduğu xoşagəlməz təsirləri

1. Ruhi narahatlıq: Bədbin insanlar qurduqları xam xəyallara görə çox əziyyət çəkirlər. Onlar insnalarla oturub-durmaqdan qaçır və tənhalıq hiss edirlər. İmam Əli (ə) buyurur: “Bədbin bütün insanlardan qorxur”.

2. Puç bir şeyə inanmaq.

3. Qəflət.

4. İctimai rabitələrin kəsilməsi. Bədbinlik ictimai həmkarlığın ən böyük maneəsidir. İmam Əli (ə) buyurur: “Hər kim bədbinliyə düçar olarsa, onun və dostunun arasında olan sülh və səfa aradan gedər”.

5. Eyb axtarmaq.

6. Nifaqı yaymaq.

Əməli yollar

Bədbinlikdən qurtulmaq üçün ilk növbədə qurma xəyallar ilə mübarizə aparmaq lazımdır. Həzrət Peyğəmbər (s) buyurur: “Bədbinlikdən nicat yolu:

onu təsdiq etməmək,
təlqin ilə müxalifətlik etmək,
mühakimə yürütməkdə tələsməkdən çəkinmək
və başqalarının işlərini düzgün hesab edərək əldə olunar”.

Bədbinlik bəzi hallarda insanın ixtiyarında olmur: yəni insan zehninə qəflətən bir fikir gəlir, ancaq onu davam etdirmək ixtiyaridir. İnsan xəyal dünyasında pis gümanlar etməyə başlayır.

Əməli müalicə yolları

İmam Əli (ə) buyurur: “Dini qardaşının işini yaxşı tərəfə yoz ki, bunun izah yolu sizə bağlı olsun və qardaşından bir söz eşitmədən bədgüman olmayasan. Məsələn, bir nəfər dostuna salam verər və ondan cavab almaz. Buna görə kin bəsləmək yerinə, bu əməlini araşdırar. Məsələn, özü-özünə deyər ki, yəqin dostum salamımı eşitməmişdir və ona görə də cavab verməmişdir. Bu yolla da insanlara xoş güman bəsləmək adət halını alacaqdır”.

Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10