Məlum olduğu kimi, dünyanın bir çox ölkəsində məmurlar öz gəlirləri və əmlakları haqqında mütəmadi olaraq bəyannamə verirlər.
cenub.az xəbər verir ki, bəzi ölkələrdə məmurların təqdim etdiyi gəlir bəyannamələri reallığı əks etdirmir ya da ümumiyyətlə gəlirlərini gizlədirlər.
Açıqlanan rəsmi məlumatlara istinadən bəzi region ölkələrində yüksək vəzifə daşıyan məmuraların aylıq gəlirlərini təqdim edirik:
- Azərbaycanda Baş nazirin maaşı 2460 manatdır (1 449 dollar), Baş nazirin birinci müavininin maaşı 2 160 manat (1 272 dollar), Baş nazirin müavininin maaşı 2 060 manat (1 214 dollar) təşkil edir. Nazirlərin, Dövlət Komitələrinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisinin maaşı isə 1 925 manata (1 132 dollar) bərabərdir. Digər mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərlərinin maaşı 1 595 manat (940 dollar), Nazirlərin birinci müavinlərinin maaşı 1 375 manat (810 dollar) təşkil edir.
- Ermənistanda nazirlərin aylıq əmək haqqı 1,5 milyon drama (3 100 dollar), nazir müavinlərinin maaşı isə 1,06 milyon dram (2 200 dollar) bərabərdir.
- Belarusda nazirlərin nə qədər maaş aldığı məlum deyil. Lakin, 2017-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenko verdiyi açıqlamaların birində nazirlərin 19 min rubl (9 316 dollar) maaş aldığını bildirib.
- Gürcüstanda nazirlərin maaşı 3 500 lari (1 185 dollar), nazirlərin birinci müavinlərinin maaşı 2 950 lari (998 dollar), nazir müavinlərinin maaşı isə 2 720 lari (920 dollar) təşkil edir.
- Qazaxıstanda gələr bəyyanaməsi vermək məmuralr üçün məcburi deyil. Ancaq məmurun özü istəyərsə gəlirini açıqlya bilər. Sosial İnkişaf naziri Darxan Kaletaev bildirib ki, o ayda 900 000 tengə (2 315 dollar) maaş alır. Onun müavinləri isə 700 000 tengə (1 800 dollar) maaş alırlar.
- Qırğızıstanda Baş nazir 16 893 som (241 dollar) maaş və 48 080 som (686 dollar) maaşa əlavə alır. Nəticədə Baş nazirin aylıq gəliri 64 973 som (927 dollar) təşkil edib. Bu ölkədə nazirin aylıq gəliri 42 305 som (603 dollar), Dövlət Xidmətinin rəhbərinin gəliri isə 45 221 som (645 dollar) olub.
- Latviyada Baş nazirin aylıq gəliri 4 000 avro (4 450 dollar) təşkil edir.
- Litvada Baş nazirin maaşı 5 580 avro (6 215 dollar), nazirlərin maaşı isə 3 100 -3 400 avro (3 455 - 3 765 dollar) arasında dəyişir.
- Moldovada Baş nazirin maaşı 30 600 lev (1 762 dollar), nazirlərin maaşı isə 18 900 - 29 900 lev (1 088 - 1 722 dollar) arasında dəyişir.
- Rusiyada Baş nazirin maaşı 693 000 rubla (10 850 dollar) bərabərdir. Nazirlərin maaşı isə 443 000 - 1 700 000 rubl (6 936 - 26 615 dollar) arasında dəyişir.
- Tacikistanda yüksək rütbəli məmurların nə qədər maaş aldığı bilinmir. Yalnız Mərkəzi Bankın sədri aldığı maaşın məbləğini açıqlayıb - 5 000 somoni (515 dollar).
- Türkmənistanda məmurların nə qədər maaş aldığı bilinməsə də ayrı-ayrı dövlət şirkətlərində orta aylıq əmək haqqının nə qədər olduğu açıqlanır. Ən yüksək əmək haqqını Dəniz ticarəti donanmasının işçiləri alır - 2 387 manat (680 dollar). Dövlət neft şirkəti - "Türkmənneft"in işçiləri 1 860 manat (530 dollar) maaş alırlar.
- Özbəkistanda Baş nazirin müavini 2 075 955 som (247 dollar), Parlamentin sədri 1 560 410 som (185 dollar), nazir isə 1 725 660 som (205 dollar) maaş alırlar.
- Ukraynada İqtisadiyyat naziri 15 100 qrivna (600 dollar), Ədliyyə naziri 20 700 qrivna ( 825 dollar), Müdafiə naziri 19 500 qrivna (780 dollar) maaş alıblar. Ən yüksək maaşı Daxili İşlər naziri Arsen Avakyan alıb - 34 000 qrivna ( 1360 dollar).
- Estoniyada Baş nazirin maaşı 5 356 avro (5 960 dollar), nazirlərin maaşı isə 5 230 avro (5 820 dollar) olub.