Siyasi fəal İlkin Rüstəmzadə təhsili yarıda qaldığı İqtisad Universitetinə bərpa edilib.
O, bu barədə özünün feysbuk hesabında paylaşım edib.
“Dostlar, indicə universitetdən çıxdım. Bir az əvvəl məni zəng edib dəvət etmişdilər. Mənə bildirdilər ki, Təhsil Nazirliyinin məktubu ilə bağlı məsələdə anlaşmazlıq olub. Şəxsiyyət vəsiqəmi alıb yarım saat ərzində bütün texniki prosedurları həll etdilər və universitetə bərpa olunmağımla bağlı əmr imzalandı. Artıq yenidən İqtisad Universitetinin tələbəsiyəm. Düzdür, yenə ödənişli olacaq, amma olsun", - deyə, o, qeyd edib.
Xatırladaq ki, İlkin Rüstəmzadə 2013-cü ildə həbs edilib, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.