Rusiyanın ən varlı xanımları məlum olub.
cenub.az xarici mediaya istinadən xəbər verir ki, reytinq cədvəli "Forbes" jurnalında açıqlanıb.
Moskva meri Yuri Lujkovun keçmiş arvadı Yelena Baturina 1,2 milyard dollarla ən zəngin qadınlar sırasında birinci yerdə durub.
İkinci yerdə Rusiyanın böyük internet mağazası "Wildberries"in rəhbəri Tatyana Bakalçuk qərarlaşıb.
İlk dəfə reytinqə daxil olan Tatyana Kovalçuk isə 600 milyon dollar dəyərində var-dövləti ilə üçüncü yerdə qərarlaşıb. O, "Rusiya" bankının əsas səhmdarlarından birinin həyat yoldaşıdır.
Beşliyə milyarder Dmitriy Rıbolovun keçmiş arvadı Yelena Rıbolova və "Proqres" şirkətinin səhmdarı Olqa Belyatseva da daxil olub.