Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu qurumlar birləşdirilir - Elman Rüstəmovun yerinə o keçəcək - İddia



Elman Rüstəmov Baş nazirin müavini postuna gətirilir.

Ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.

"cenub.az" xəbər verir ki, bu barədə "Modern.az"a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Bu məlumatlar sırasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifədən azad ediləcəyi barədə xəbərin gerçək olduğu bildirilir. Mənbənin verdiyi məlumata görə, Elman Rüstəmov vəzifəsindən artıq istefa verib.

Yaxın günlərdə onunla bağlı Prezident tərəfindən yeni sərəncam veriləcəyi gözlənilir. Ölkə başçısının digər sərəncamı ilə E.Rüstəmovun Baş nazirinin müavini postuna gətiriləcəyi bildirilir.

Struktur islahatlarının davamı kimi Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birləşdiriləcəyi vurğulanır. O da qeyd edilir ki, birləşdiriləcək qurumun rəhbərliyinə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov gətiriləcək.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10