Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ronaldonun "Instagram" qazancı “Yuventus”dakı maaşını keçdi


İldə 47,8 milyon dollar qazanan futbolçu Lionel Messi və Kayli Cenneri qabaqlayıb
 
Portuqaliyalı oyunçu Kriştiano Ronaldo 187 milyon izləyicisi olan İnstaqramdan gələn gəlirlə “Yuventus”dan qazancını üstələyib.
 
Sosial şəbəkə reklamlarından ildə 47,8 milyon dollar qazanan futbolçu Lionel Messi və Kayli Cenneri də qabaqlayıb. Ronaldonun “Yuventus”dan illik gəliri isə 34 milyon dollardır.
 
Qeyd edək ki, Ronaldo “Clear Haircare”, “Nike Football” və “Six Pad Europe” kimi nəhəng şirkətlərin reklamlarını edir. Şirkətlər Ronaldoya tək bir İnstaqram sponsorluğu üçün minimum 1 milyon dollar ödəyir.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10