Vladimir Zelenski, Ukrayna Prezidenti – hələ orta məktəb illərindən ŞHK-da oynamış, daha sonra Ali Liqada oynayan “95-ci məhəllə” komandasını qurub.
Sergey Sivoxo, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müşaviri – bir çox ŞHK komandalarının üzvü olmuş, oyunlar tarixində ilk musiqi parodiyalarını ifa etmiş, daha sonra şou-biznesə gedib.
Yuri Kostyuk, Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini – ŞHK-da “Yığma KPI” komandasında oynamış, sonra “95-ci məhəllə” komandasının layihələrində ssenarist kimi çalışıb.
Sergey Şefir, Ukrayna Prezidentinin birinci köməkçisi – Müxtəlif ŞHK komandaları üçün ssenarilər yazmışdı, sonra isə “95-ci məhəllə” komandası qurucularından biri olub.
German İvanov, Murmansk Regional Dumasının deputatı – ŞHK-da “Murmansk” komandası nın lideri olmuşdu, siyasi karyerasına baxmayaraq, oyunlarda iştirakını dayandırmayıb.
Sanhacı Tarbayev, Kalmıkiya başçısının Rusiya prezidenti yanında daimi nümayəndəsi – Rusiya Xalqlar Dostluğu Universitetinin ŞHK-da komandasının kapitanıdır, 2006-cı ildə Ali Liqanın çempionu olub.
Hayk Marutyan, İrəvanın meri – Universitetdə oxuyarkən “Erməni Layihəsi” komandasında oynamışdı, sonra ssenari yazmağa və komediya filmlərində və seriallarda rol oynamağa başlayıb.
Vladimir Leonov, Tatarıstan Respublikasının idman naziri – ŞHK-da “Dörd Tatar” komandasının ilk üzvlərindən olmuşdu, 1999-cu ildə Ali Liqanın çempionu olub..