Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yaşlıların yarpaq tökümü - İşdən çıxarılanlar, yeni vəzifə alanlar, postun dəyişənlər



Vəzifəsini tərk edənlər  yaşı 70-i ötənlərdir.
Son günlər ölkəmizdə olduqca ciddi kadr dəyişiklikləri baş verir. Öncə Nazirlər Kabinetinin sədri Novruz Məmmədov vəzifəsi ilə vidalaşdı.  3 gün öncə isə sədrsiz qalmış Nazirlər Kabinetinin müavinləri- Hacıbala Abutalıbov və Əli Həsənov vəzifələrinə əlvida dedilər. 
Bu gün isə AMEA-nin prezidenti A. Əlizadə vəzifəsinə vida dedi..
Ən çox maraq doğuran isə Prezident Administrasiyasının rəhbəri, hakimiyyətin ağır artilleriyası sayılan Ramiz Mehtiyevin vəzifədən kənarşlardırılması oldu.  Yaşı 80-i keçsə də R. Mehtiyevə yeni vəzifə və səlahiyyətlər verildi. O, AMEA—nin prezidenti və Təhlükəsizlik Şurasının üzvü seçildi. Həm də H. Əliyev ordeni ilə təltif edildi.
İqtisadi İnkişaf naziri   Şahin Mustafayev NK sədrliyinə təyinat alandan sonra. İçərişəhər- Təhsil Nazirliyi- Vergi Nazirliyi “marşrutu” ilə irəliləyən Mikayıl Cabbarov İqtisadi İnkişaf nazirliyinin sükanı arxasına keçdi.

Dövlət başçısının oktyabrın 23-də imzaladığı Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu bu şəkildə müəyyənləşib:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri.

6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 23-də İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Ekspertlərin fikrincə bunlar hələ son deyil...

cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10