Əhali narahatdır ki, bu qışı palçıq içində keçirəcək
Keçmiş vaxtlarda hansı yaşayış məntəqəsində tikinti-abadlıq işi aparılanda yerli sakinlər sevinərdi. İndi isə əksinə olub. Belə ki, Masallı şəhərindən sonra Ərkivan qəsəbəsinin “Yuxarı baş” adlanan hissəsində kanalizasiya xətti çəkmək məqsədi ilə qazıntı işlərinə başlanılıb. Qazıntı işləri qəsəbənin 6 istiqamətində görülür. İlkin işlər Abbaslı, İsoba və Göllü məhəllələrinin cənub və qərb istiqamətlərində aparılır. Qazıntı işlərinin ilin sonunadək davam edəcəyi bildirilir.
Məlumat üçün bildirək ki, 2 il öncə Masallı şəhərində, eləcə də ona bitişik ərazilərdə - Seybətin, Dadva, İsgəndərli, Digah ərazilərində eyni məqsədlə qazıntı işləri aparılıb. Lakin qazıntı işləri xeyli müddət əvvəl başa çatsa da nə kanalizasiya işləyir, nə də bərbad hala salınmış yollar düzəlir. Bu işlərin əsas sifarişçisi və icraçısı AzərSu Səhmdar Cəmiyyətidir. Lakin bu təşkilat olunan şikayətləri qulaqardına vurur.
Ərkivan sakinləri də, necə deyərlər, “gözü çıxan qardaşından” ibrət götürərək qazıntı işlərini böyük narahatçılıqla izləyirlər. Belə ki, qəsəbənin Ərazi Nümayəndəsi də başda olmaqla qazıntı aparılan yolların hazırkı durumunun fotosu çəkilir, qazıntı işləri videoya alınır ki, qazıntıdan sonra icraçılara sübut etsinlər ki, siz hansı vəziyyətdə olan yolu dağıtmısınız. Xatırladaq ki, bir çox qəsəbədaxili yollar yerli sakinlərin böyük əziyyəti və xeyli vəsaiti hesabına başa gəlmişdi.
Sonda onu da bildirək ki, bu birinci qazıntıdır. Kanalizasiya qazıntısı bitəndən sonra həmin yerlər bir daha qazılıb, həmin yollardan su xətti çəkiləcək. 2-ci qazıntının yeri doldurulandan sonra, nəhayət, 3-cü qazıntı işlərinə başlanılacaq. Bu mərhələdə kanalizasiya və su xətlərindən evlərə çıxışlar çəkiləcək.
Necə deyərlər, sevinirik su-kanalizasiya xətti çəkilir, tamaşadır onun palçığında üzəndə.
Bütün hallarda bizim sayt və arkivan.az saytı bu sahədə işləri nəzarətdə saxlayacaq, görülmən və görülməyən işlər barədə oxucuları məlumatlandiracaq.