Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tikinti şirkətlərinin bu hüququ gələn ildən ləğv olunur


Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Həmin şəxslər vahid vergi rejimində  (əlavə dəyər vergisi (ƏDV)  və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək.
Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.
Qeyd edək ki, qanun layihəsində keçid müddəaları da nəzərdə tutulub. Gələn il yanvarın 1-dək tikinti obyektlərinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş  vergitutma metodunu tıətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyəcək.
Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş məlumat formasını 2020-ci il 1 yanvar tarixədək təqdim etmədikdə tikilən binalar üzrə yaranan vergi öhdəlikləri bu qanunla müəyyən olunmuş qaydada yerinə yetiriləcək. (APA)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10