Son zamanlar mediada ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olduğu barədə yayılan ittihamlar yalandır və absurddur.
cenub.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson "Facebook"da videomüraciət yayıb.
Amerikalı bildirib ki, ABŞ səfirliyi sözügedən ittihamlarla əlaqədar məqalələrin və verilişlərin geri çəkilməsini və qaldırılmasını təqdir edir: "Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ müstəqil, sabit, firavan və demokratik bir Azərbaycanı dəstəkləyib. Son 26 il ərzində biz Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərmişik. Bu, çox saylı azərbaycanlıların həyatında müsbət dəyişiklik yaratmışdır. Buraya təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, qadın sahibkarlığı, turizm və təhsilin yaxşılaşdırılmasına kömək daxildir. 25 il əvvəl "Əsrin müqaviləsi"nin imzalanmasından başlamış və Cənubi Qaz Dəhlizinin inşası da daxil olmaqla, ABŞ həmişə Azərbaycanın enerji ehtiyatlarını, Azərbaycanın öz şərtləri ilə emal və ixrac etmək üçün müstəqil və suveren hüququnu dəstəkləyib".
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərlə işləmək əzmindədir: "1993-cü ildən bəri münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlılara 125 milyon dollardan çox yardım göstərmişik. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlıq və dostluğumuzu yüksək qiymətləndiririk. Sonrakı illərdə də hər iki xalqın qarşılıqlı mənfəəti naminə əməkdaşlığımızı dərinləşdirməyə davam edəcəyimizə ümid edirik".