Barselonada (İspanya) doğum evində eyni zamanda 7 tibb bacısı uşağa qaldı.
“Lenta.ru” xəbər verir ki, qadınlardan ən yaşlısının 47, ən cavanınınsa 31 yaşı var.
Tibb bacılarının yeddisi də xəstəxananın eyni bölümündə, təzəcə doğulmuş uşaqların müalicəsi şöbəsində işləyirlər.
“Hərdən çətin olur. Biz 24, 25 həftəsində doğulmuş uşaqları müalicə edirik. Və onlar bətnində daşıdığın uşaqdan da kiçikdirlər. Bu zaman onun anasına dəstək vermək lazım gəlir”, - tibb bacılarından biri bunları deyib.