Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qadınların bələdiyyələrə kütləvi axın etməsinin əleyhinəyəm” - Deputatdan açıqlama


Bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Bir neçə gündən sonra seçki kampaniyasına start veriləcək.
Maraqlıdır, bu dəfəki bələdiyyə seçkiləri nə ilə fərqlənəcək?
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a bildirib ki, bu dəfəki seçkilərdə bəzi dəyişikliklər gözlənilir:
“Hər bir ölkənin öz modeli var. Biz bələdiyyə quruluşunun yaradılmasında bir neçə dəfə bu modellərdən istifadə etmişik. Həmçinin, bir çox mütərəqqi demokratik ölkələrin yerli özünüidarəetmə orqanlarının modellərindən istifadə olunur. Azərbaycandakı bələdiyyələr də mütərəqqiliyinə görə ən demokratik bələdiyyə hesab edilir. Ən böyük mütərəqqilik odur ki, bizim bələdiyyələrin büdcəsi, büdcənin toplanması, yığılması və xərclənməsi sərbəstdir. Əksər ölkələrdə belə bir şey yoxdur”.
Tahir Rzayev bu dəfəki bələdiyyə seçkilərinin də demokratik keçəcəyinə inandığını deyib:
“Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə daha savadlı, qabiliyyətli adamlara üstünlük veriləcək. Həmçinin xeyli sayda gənclərin bələdiyyə sisteminə gəlməsini təmin edəcəyik. Yaxşı mütəxəssislərin olması çox önəmlidir. Onlar reallıqları görüb dərhal reaksiya verə bilirlər. Bələdiyyə sədri reallıqları görməlidir. Bizim gözləntilərimiz çoxdur. Ümid edirik ki, bu dəfəki seçkilərdə bələdiyyələr daha yaxşı olacaq. Eyni zamanda, qadınların bələdiyyələrə kütləvi axın etməsinin də əleyhinəyəm. Daha yaxşı olar ki, savadlı, ictimai fəallığı ilə seçilən qadınlar gəlsinlər”.

azpost.info





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10