Prezident İlham Əliyev bu gün bununla bağlı iki sərəncam imzalayıb.
cenub.az Azpost.info-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.
Digər sərəncamla Əli Həsənov da Baş Nazirin müavini vəzifəsindən azad olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib.
Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev də vəzifədən azad oluncaq. Qərar yaxın günlərdə rəsmən açıqlanacaq.
Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər Kabinetində islahatların aparılması ilə əlaqədardır.