Astara sakini qoz ağacından yıxılıb.
Hadisə Astaranın ucqar dağ kəndlərindən biri olan Pəlikeşdə baş verib.
Kənd sakini 31 yaşlı Mehman Qasımov qoz yığmaq məqsədi ilə ağaca çıxıb və ehtiyatsızlıqdan ayağı sürüşərək yıxılıb.
Nəticədə qapalı kəllə-beyin travması alan M.Qasımovun boyun fəqərəsi və mil-bilək sümükləri sınıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyətini həkimlər ağır qiymətləndirilər.
Faktla bağlı araşdırma aparılır.