Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ və Rusiyanın ən yaşlı qəddar qadın qatili - TÜKÜRPƏDİCİ FAKTLAR



80 yaşlı qadın qurbanlarını təkcə öldüməklə kifayətlənməyib, öldürdüyü şəxslərin cəsədlərini parçalara bölərək ya itlərə yem edib, ya da zibilxanalara atıb. Çoxsaylı amansız qətllər törədən yaşlı qatil uzun illər ərzində hüquq-mühafizə orqanlarının diqqətini özündən yayındırmağı da bacarıb. 80 yaşlı Sofiya Jukova ancaq 2019-cu ilin yanvarında törətdiyi amansız qətldən sonra ifşa oluna bilib.
Hazırda Rusiyanın Xabarovsk şəhər məhkəməsində  seriya qətllər törədən  80 yaşlı Sofiya Jukovanın məhkəmə prosesi gedir.
80 yaşlı qadın hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməmək üçün Xabarovsk şəhərinin kənarında Beryozovka  qəsəbəsini seçib. 
Necə oldu ki, pensioner qadın amansız qatilə çevrildi?
1939-cu ildə Nijeqorodskoy vilayətində anadan olan  və orta təhsili olmayan Sofiya Jukova həyatı boyu müxtəlif işlərdə çalışıb.  Daha sonra Xabarovska köçüb və Beryozovka qəsəbəsində məskunlaşıb... Və elə burada  ərə gedib... 2005-ci ildə ərinin ölümü ona çox pis təsir edir. Həyatı boyu çox sakit, mülayim xarakterə malik Sofiyanın psixikasında ciddi dəyişikliklər baş verir və qatilə çevrilir. Qurbanlarının uşaq və ya yaşlı olmasından asılı olmayaraq onların cəsədlərini parçalayıb. 
İlk cinayəti
...Təqaüdçü qadının elə ilk amansız qətl hadisəsini 2005-ci ildə törədir. Sofiya qonşuluqda yaşan 8 yaşlı Maşa Dmitriyevanı qətlə yetirir. Hadisə 2005-ci ilin dekabrın 14-də baş verir. Həmin gün Maşa  rəfiqəsi Vika ilə evə qədər gəlir və sağollaşaraq ayrılırlar. Lakin Maşa yaşadığı evin həyətinə gəlsə də, ikinci mərtəbədə yaşayan baba və nəvəsinin evinə gedə bilmir... Saat 13:30 olmasına baxmayaraq, Maşanın məktəbdən evə dönməsini görməyən babası ilk həyəcan təbili çalır. İlk olaraq Maşanın rəfiqəsi Vikaya zəng edir. Vika deyir ki, Maşa çoxdan evdə olmalıdır. Çünki Maşa mənimlə binanın giriş qapısında  sağollaşaraq ayrıldı. Maşanın evə gəlməsini görməyən  qohumları polisə xəbər verir.
Maşanın anasının dediyinə görə, o heç zaman evdən qaça bilməzdi. Maşanın babası və nənəsi ilə çox yaxşı münasibəti olub. Onlar onu heç zaman ciddi cəzalandırmayıblar.
Ertəsi gün Maşanın babası  hadisə ilə əlaqədar olaraq Vikayla görüşür. Vika deyir ki, Maşa ilə binanın girişinə 66 yaşlı Sofiya Jukova və daha bir yaşlı kişi daxil olub. Vika deyib ki, pensioner qadın onları bir dəfə binanın girişində səs saldıqlarına görə söyüb.  Yaşlı qadın "mən sizin əliniz və başınızı kəsərəm"- uşaqlara hədə-qorxu gəlib.
Aparılan axtarışlar, o cümlədən 66 yaşlı Sofiyanın polisə ifadəyə çağrılaraq dindirilməsi də bir nəticə vermir.
Dəhşətli tapıntı- Maşanın parçalara bölünmüş cəsədi
Hadisədən bir neçə gün sonra Maşa Dmitriyevanın  "sirli itki"sinin üstü açılır.  Belə ki, Maşa "itən" gecə qonşulardan biri iti ilə gəzməyə çıxır. İtlərlə evin tininə gəldikdə yaxınlıqda təzə ət parçaları və qan ləkələrini görür. Qadın  düşünür ki, atılan ət zəhərlənib və başqa yolla iti evinə gətirir.
Evə dönən qadın gördüyü qəribə hadisəni anasına danışır və polisə zəng edir. Hadisə yerinə gələn polis patrul xidməti orada ancaq sümük və qan izlərindən başqa bir şey görmədiklərindən  məsələyə ciddi yanaşmayaraq  geri dönürlər.
Dekabrın 27-də isə bir sürücü qarın üstünə qara polietilen paketin içinə atılmış əti evindəki itləri üçün götürmək qərarına gəlir. Evdə polietilen torpanı açan kişi dəhşətli mənzərə ilə üzləşir.  Torbada insanın hissələrə parçalanmış əzalarının olduğunu görür. Dəhşətə gələn kişi  təcili olaraq polisə  gələrək baş verən hadisəni danışır. Onun bu dediklərini qardaşı  və arvadı da təsdiq edir.
 Bundan sonra Maşanın anasını polisə dəvət edirlər. Maşanın anası həmin cəsədlərin qızına məxsus olduğunu təsdiq edir. 8 yaşlı öldürülərək parçalanması hadisəsi şəhərdə təlatümə səbəb olur. Ancaq o zaman cinayətkarı tapmaq mümkün olmur.
Sirli qara maşın

 2013-cü ilin martında  Sofiyanın 77 yaşlı Anastasiya Mixeyeva adlı uzaq bir qohumu gəlir. Xabarovskdakı evini satan Anastasiya bir müddət Sofiyanın yanında qalmağa qərar verir. Qısa müddət orada qaldıqdan sonra Moskvaya qızının yanına gedəcəkmiş. Lakin Mixeyeva gəlişindən  qısa zaman sonra yoxa çıxır. Anastasiyadan xəbər çıxmadığında qızı və yaxınları polisə xəbər verir. Yaxınlarının dediyinə görə, Anastasiya Xabarovskdakı mənzilini 3 milyon Rus rubluna satıb və orada S. Jukovanın yanına gedib. Oradan isə Moskvaya gələcəkmiş.
 
Polis hərəkətə keçir və ilk olaraq Sofiya Jukovanı martın 9-da gözlənilmədən itkin düşən qonağı ilə bağlı dindirirlər. Jukova isə deyir ki, 77 yaşlı Anastasiya Primoryeyə  qohumlarının yanında yaşamağa getdiyini deyir. Jukova onu da deyir ki, Anastasiyaya nə qədər mane olsa da, nəticəsi olmayıb. Sofiya deyir ki, Anastasiya hansısa qara bir maşına əyləşərək naməlum istiqamətdə getdi.
 Buna baxmayaraq əməliyytaçılar onun yaşadığı evdə axtarış aparırlar. Onun yaşadığı mənzilin divarında və batareyalarda qan ləklərinin olduğunu görürlər. Soruşduqda isə deyir ki, qohumunun burnundan axıb. Düzdür, qadının dedikləri əməliyyatçılar  üçün o qədər inandırıcı fakt görünmür. Digər tərəfdən isə Anastasiyanın qızı  onların Primorye də hər hansı qohumlarının olmadığını deyir.
Sofiya bu dəfə də cinayətdən yan qaça bilir. Onun baş verən cinayət hadisəsində iştirakı təsdiqini tapmır. Polis onu dindirsə də, ancaq onu həbs etmir.
Gecənin dəhşətli zərbələri... Və seriyalı qətllər törədən Sofiyanın ifşası
Sofiya ancaq 2019-cu ilin yanvarında törətdiyi növbəti amansız qətldən sonra ifaş oluna bilir. Belə ki, Beryezova qəsəbəsi 2019-ci ilin yanvarında törədilən növbəti  dəhşətli cinayət hadisəsindən sarsıldı. Bu dəfə 62 yaşlı Vasili Şlyaxtın amansıcasına öldürələrək, parçalara bölünərək zibilxanaya atıldı.
Yanvarın 28-də Vasilini yaşadığı evdən qovurlar. Evdən gedən Vasili gecələmək üçün tanışı olan Sofiyanının qapısını döyür. Sofiya qapını Vasilinin üzünə açır.
62 yaşlı Vasili necə yoxa çıxır və ya polis bu də şübhəlini daha tez müəyyən edir.
Bir neçə gün işə çıxmadığını görəndə işlədiyi orqan onun barəsində polisə məlumat verir. Polis dərhal şübhəli qismində Sofiyanı dindirir. Düzdür, Sofiya bu dəfə də yan qaçmağa çalışır, ancaq mümkün olmur.
Serial qətllərin izi necə tapıldı?
Birinci mərtəbədə yaşayan qonşular yanvarın 29-da  gecə saat iki radələrində üstdəki mənzildən səsə oyanırlar.  Bildirirlər ki, üstəki mənzildən sanki balta ilə nəyəsə vurular.    Bununla belə kişi səsi gəlib. Bir müddətdən sonra  ara sakitləşir. Bundan sonra isə qonşular Sofiyanın mənzilini yumasının səsini eşidirlər. Səhər isə qonşular Sofiyanın əlində dolu sellofan torbalarla zibilxanaya getdiyinin şahidi olurlar.
Gündüz isə məktəblilər məktəb istilik xətti keçən ərazidə insan cəsədinin qalıqlarını görürlər. Cəsədin Vasiliyə məxsus olduğu müəyyən edilir. Bundan sonra Sofiya Jukovanın mənzilində axtarış aparılır və orada çoxsaylı qan izləri, həmçinin balta müəyyən edilir. Qan izlərinin Vasili Şlyaxtinə məxsus olduğu sübut olunur və Sofiya saxlanılır.
 Sofiya belə bir cinayət törətmədiyini və balta ilə guya borş üçün ət doğradığını polisə bildirir. Lakin onun bu dəfə uydurması işinə yaramır. Polis Jukovanı Şlyaxtinanı öldürməkdə şübhəli bilinən şəxs qismində İstintaq təcridxanasına göndərilir. İstintaq qrupu bu dəfə hadisənin üzərində daha ciddi işləyir. İstintaq onun yaşadığı evdə ciddi araşdırma aparır və bu zaman başqa şəxsə məxsus qan izləri də aşkar edir. Ekspertiza bu qan izlərinin Anastasiya Mixiyevaya məxsus olduğunu müəyyən edir.
Sofiyanın etirafı
2019-cu ilin fevralında  İstintaq təcridxanasına yerləşdirilən  Sofiya "Siplay" ləqəbi alır. O, bu ləqəbi səsinin xarakterinə görə alır. Bir neçə gündən sonra Sofiya öz kamera yoldaşı olanlara törətdiyi cinayətləri danışır. O cinayət hadisələrini necə törətdiyini deyir. O eyni zamanda 8 yaşlı Maşanı, 77 yaşlı Anastasiya və 62 yaşlı Vasilini necə öldürüb, parçalayaraq, balkondan atdığını, itlərin həmin ətləri necə daşıdığını və ya torbalara yığaraq küçəyə atdığını etiraf edir.  Sofiya qurbanlarını necə öldürdüyünü  və parçalayaraq hara atdığını istintaq orqanlarına göstərib. O, eyni zamanda  törətdiyi cinayətlərin səbəbini açıqlayıb. (ölkə.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10