İndi onun sorağı təkcə cənubdan yox Rusiyadan tutmuş Türkiyə səhnələrinədək yayılıb
Masallının gənc nəslinin nümayəndələri sırasında yeni istedadlar günbəgün çoxalmaqdadır. Belələrindən biri də Şamo İbayevdir. Bu günkü təqdimatımız da elə onun - Şamo İbayev haqqındadır.
Mahnı dünyasına xalq mahnısı “Gülə-gülə” ilə gələn Şamo elə o vaxtdan da qazandığı uğurlarla səhnəni həmişə “gülə-gülə” tərk edir.
Şamonun qısa tərcümeyi-halı ondan ibarətdir ki,
Şamo hələ məktəb illərindən Lənkəranda və Cəlilabadda keçirilən mahnı müsabiqələrində səhnəni qalib kimi tərk edib.
Məhz bu uğurlar onu daha da ruhlandırıb və Şamo İbayev Bülbül adına Musiqi Məktəbinə üz tutub, Azərbaycanın Xalq Artisti Ağaxan Abdullayevin şagirdi olub. Daha sonra Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirib və burda xanəndəlik ixtisasına yiyələnib. O. Konservatoriyada oxuduğu müddətdə Respublikanın Xalq və Əməkdar artistləri Arif Babayev, İslam Rzayev, Səkinə İsmayılova, Qəzənfər Abbasov və başqalarından təhsil alıb. Mahnı janrından isə müəllimi Respublikanın Əməkdar artisti Teymur Əmrah olub.
Şamo İbayev öz ifasında bəstəkar mahnılarına daha çox fikir verir. Hazırda onun repertuarında 20-dən artıq bəstəkar mahnıları var. Dəfələrlə Rusiyanın müxtəlif şəhərlərində səfərlərində olub, toy şənliklərində iştirak edib. Bir neçə ay öncə isə Türkiyədə, İstanbul şəhərində maraqlı proqramla çıxış edib. Cənub bölgəsinin əksər rayonlarında Şamo toy məclislərinin əsas aparıcılarındandır.
Şamo özü də həm mahnı bəstələyir, həm də şeirlər yazır. Daim tamaşaçılara fərqli ifalar təqdim etməyə çalışır. Azərbaycan televiziyasında “Məhkumlar” seriyalında səslənən mahnının müəllifidir. (Mahnının sözləri isə tanınmış şairə Xatirə Xatuna məxsusdur)
Şamo İbayev Cənub TV-də “Cənub ulduzu” layihəsini reallaşdıranlardan biridir. Münsiflər heyətinin üzvlərindən biri kimi o, onlarla gənc müğənninin istedadının aşkarlanmasına yardımçı olub. Bundan əlavə Cənub TV-in çox populyar verilişlərindən olan “İncilər” proqramının daimi solisti olmuşdur.
Bu gün müğənnilər üçün ən mükəmməl tərəzi el gözüdür. Belə ki, toylara, həm də daha ciddi toylara dəvət alan müğənnilər, necə deyərlər, özlərini təsdiq etmiş olurlar. Şamo da belələrindəndir. O sevinir ki, təkcə Masallıda yox, qonşu Cəlilabad, Biəsuvar, Astara, Lənkəra, eləcə də Xaçmaz, Quba, Neftçala, Şirvan, Bakı və sair yerlərdə toylara, həm də kifayət qədər nüfuzlu toylara dəvətlər alıb və alır.
Hazırda Şamo İbayevin rəhbərliyi ilə “Ay işığı” adlı ansamblda kifayət qədər peşəkar musiqiçilər toplaşıb.
Xanəndə elədir ki, onun haqqında danışmaqdan daha çox gərək onun mahnılarını dinləyəsən. Buna görə komputer, internet imkanı olanların münkünsə elə indicə internetə girib “Şamo İbayev” yazmaları kifayətdir ki, Şamonun onlarla mahnısını dinləsinlər.
https://www.facebook.com/shamo.ibayev
https://www.youtube.com/watch?v=vTOxnMmE6A0