Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirilir















Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və 

onlar arasında milli-mənəvi dəyərlərin təbliği layihəsinin

PRES-RELİZİ

 


 

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 18oktyabr tarixindən 20 oktyabr tarixinədək Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və onlar arasında milli-mənəvi dəyərlərin təbliği layihəsi çərçivəsində Azərbaycan Respublikasının 14 yaşayış məntəqəsindən (Bakı, Cəbrayıl, Cəlilabad, Gəncə, Lerik, Lənkəran, Masallı, Naxçıvan, Sumqayıt, Şəmkir, Şuşa, Yevlax, Zaqatala, Zərdab) olan 25nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun 7500 (yeddi min beş yüzmanatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın (panel müzakirələr və infoturlar) keçirilməsinə başlanılmışdır


Nəzəri-praktik konfransda müxtəlif milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrini (udinlər, xınalıqlar, tatlar, ləzgilər, talışlar, yəhudilər, almanlar və avarlar) təmsil edən 13 nəfər qız və 12nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədovekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.


Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında multikulturalizm və toleyrantlıq sahəsində bir çox mövzuların: “Fundamental insan hüquqları, Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar, onların həyat tərzi, dilləri, dinləri, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları” müzakirə olunması və 3 günlük tədbirərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi, habelə Lənkəran da daxil olmaqla, Lerik və Astara rayonlarına infoturların (Lənkəran rayonu üzrə – M.A.Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Zövlə kəndində inkişaf etdirilən həsirçilik, Separadi kəndində yaşadılan dulusçuluq və Talış kəndində bambuqdan məmulatların hazırlanması sənətləri ilə tanışlıq, habelə Separadi kəndində fəaliyyət göstərən folklor və rəqs ansamblı olan “Nənələr” qrupu ilə görüş; Lerik rayonu üzrə – dünyanın yeganə uzunömürlülər muzeyi olan Lerik rayon Uzunömürlülər Muzeyinə səfər; Astara rayonu üzrə – Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinə səfərƏrçivan qəsəbəsində inşa edilən XIX əsrə aid tarixi Ləm və Yanar Bulaq Kompleksinə səfər)təşkil olunması nəzərdə tutulmuşdur. 


dbir ərzində müxtəlifinteraktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırır.

dbirin sonunda bütün iştirakçılara sertifikatların verilməsi, gənclərə multikulturalizm və toleyrantlısahəsində müvafiq təqdimatların təqdim olunması nəzərdə tutulur. 


Qeyd edək ki, 01 sentyabr – 01 dekabr 2019-cu il tarixləriniəhatə edən 3 aylıq layihənin məqsədi insan hüquqları və milli-mənəvi dəyərlərin təbliği sahəsində Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplardan olan gənclərin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, onların həyat tərzi, dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etmək ibarətdir.



Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 27 müxtəlifyaşayış məntəqəsindən (Ağdam, Bakı, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad, Gəncə, İsmayıllı, Qax, Qəbələ, Lerik, Lənkəran, Masallı, Naftalan, Naxçıvan, Saatlı, Sabirabad, Samux, Sumqayıt, Şəmkir, Şuşa, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab64 nəfər gənc ərizəçi (38 nəfər oğlan və 26nəfər qız) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (12 oğlan və 13 qız) tədbirdə iştirak etmək hüququ qazanmışdır. 

 

 

MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi

Əlaqə vasitələri:

(0 51814 44 42[email protected]Nilufər Mahmudzadə

Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 4200, 

İnternet səhifəsi: www.epsaya.az, E-mail: [email protected]

 

cenub.az
Bəyali





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10