Etirazçılar Madriddə də aksiyalarabaşlamağı planlaşdırırlar
Barselona növbəti dəfə qarışıqlıq içərisindədir. İspaniyada daha bir başağrısı verəcək hücum son bir neçə ildə inkişaf edir və simptomun səbəbi Kataloniya separatçıları ilə bağlıdır. Bunların hamısı 14 oktyabrda, İspaniya Ali Məhkəməsi tərəfindən 9 separatçı liderin, 2017-ci ilin payızında Kataloniyanın müstəqilliyi üçün qanunsuz referendum təşkil etmək ittihamı ilə, 9-13 il həbs müddətinə cəzasına məhkum edildiyi zaman başladı. Madriddə onların işinə iki ilə yaxın bir zaman kəsiyində baxıldı.
Bəzi separatçı liderlər İspaniyanı tərk edərək məhkəmədən qaçmağı bacardılar. Bunu xüsusən Kataloniyanın keçmiş rəhbəri Karles Puiqdemon etdi. O, İspaniyanın ədliyyə orqanları tərəfindən separatçılıqda ittiham olunur, hazırda Belçikada gizlənir.
Belə ki, 14 oktyabrda onminlərlə insan muxtariyyətin müxtəlif yerlərində etiraz aksiyasına başladı. Aksiya, əsasən kortəbii şəkildə toplaşan gənclərdən ibarət idi. Yeni separatçı hərəkat "Demokratik sunami" tərəfindən təşkil olunub. Bu insanlar avtomobil və dəmir yollarının qarşısını bağlamağa başladılar. İspaniyanın ikinci böyük hava limanında - Barselona “El Prat”da yüzdən çox reys ləğv edildi. Dünyanın diqqətini çəkməyə çalışan etirazçılar terminalın girişinə maneəçilik törədiblər. Polislə qarşıdurmalar baş verib.
Barselonanın mərkəzində asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma baş verib. Bir neçə yüz etirazçı dinc etirazları küçə döyüşlərinə çevirib, zibil daşıyan konteynerləri yandırıblar, barrikadalar qurub və polisə müxtəlif alətlər atıblar. Polislər isə onları rezin güllə ilə zərərsizləşdiriblər.
Sonrakı günlərdə etirazçılar yalnız güc yığmağa başladılar: oktyabrın 16-da İspaniya Baş Nazirinin səlahiyyətlərini icra edən Pedro Sançes bu məsələ ilə əlaqədar hökumətdə təcili yığıncaq çağırdı. İğtişaşların arxasında “Demokratik sunami” təşkilatının bölgələri etirazlarla iflic etmək niyyətinin olması narahatlığı vardı.
Çərşənbə günü Girona, Vic, Bergi, Tarrega və Tarragonadan olan etirazçıların beş dəstəsi Barselonaya doğru hərəkət etdi. Yalnız onlardan birincisində, polisin hesablamalarına görə, ən azı 10 min nəfər var idi.
“El Pais”in məlumatına görə, Kataloniyada iki gün davam edən etiraz aksiyalarında 51 nəfər həbs olundu, 200-ə yaxın insan yaralandı, 70-dən çox asayiş keşikçisi müxtəlif xəsarətlər aldı. Yürüşlərdə, ümumilikdə 40 mindən çox insan iştirak edib. Nümayişlər, əslində sentyabr ayının sonunda separatçı liderlərin yaxınlaşan məhkumiyyətlərinə cavab olaraq "mülki və institusional itaətsizliyə dəstək verilməsi" ilə bağlı bir neçə qətnamə qəbul edən Katalan parlamentinin razılığı ilə edildi.
İspaniya hökumətinin açıqlamasında deyilir: "Bütün etirazlarda ümumi şiddəti görürük. Bu zorakılıq dinc vətəndaş hərəkatının nəticəsi deyil, Kataloniyada ictimai harmoniyanı pozmaq istəyən qrupların əlaqəli səylərinin sübutudur".
Muxtar cəmiyyətdə meydana çıxan yeni etiraz qüvvəsini – “Demokratik sunami” hərəkatını qeyd etmək lazımdır. AFP-nin verdiyi məlumata görə, 14 oktyabrda Barselona Hava Limanının fəaliyyətini əngəlləmək cəhdinin arxasında məhz bu qruplaşma dayanır. Qrup məqsədinin - etirazları gücləndirmək və hakimiyyətlə qarşıdurmanı uzatmaq olduğunu gizlətmir.
"Bu, yalnız başlanğıcdır, “Demokratik sunami”nin dayandırılmaması üçün bundan sonrakılara da hazırlaşmalıyıq", - deyə hava limanı bağlandıqdan sonra qrupun “Twitter” səhifəsində yazılıb.
"Demokratik sunami"nin açıq-aşkar liderləri yoxdur və hərəkətlərin əlaqələndirilməsi şifrələmə ilə, ani mesajlaşmalarda və sosial şəbəkələrdə baş verir. Hərəkat sentyabr ayının əvvəlində - separatçı liderlərin hökmlərinin elan olunması ərəfəsində yaranmışdı. Hərəkatın yaranması bölgənin keçmiş keçmiş başçısı Karles Puiqdemonun da qatıldığı Kataloniyanın müstəqillik tərəfdarlarının İsveçrədə keçirdiyi görüşdən bir gün sonra məlum oldu. Beləliklə, bəlkə yeni etiraz qüvvəsinin arxasında həm də bu insanlar dayanır.
Yeri gəlmişkən, bu Puiqdemon dərhal İspaniya məhkəməsinin qərarına qarşı Brüsseldə etiraz mitinqi təşkil etdi, burada katalon böhranının Avropa ilə əlaqəli olduğunu tam əminliklə bildirdi. Bu vaxt, Kataloniyanın hazırkı regional prezidenti Kim Torra, məhkəmənin Kataloniya liderlərinin həbsi ilə bağlı qərarının "demokratiyaya təhqir" olduğunu söylədi. O, "repressiyalara son qoymağa, siyasi məhbusları azad etməyə və sürgün olunanların vətənlərinə sərbəst qayıtmalarına imkan verməyə" çağırdı.
İspaniya mediasına görə, etirazçılar Madriddə də aksiyalara başlamağı planlaşdırırlar. Eyni zamanda, hələ də hava limanının mühasirəsini dayandırmaq niyyətində deyillər.
Bu, qarşıdurmalar və iğtişaşlarla müşayiət ediləcəkmi? Əvvəlki günlərdə yalnız dinc aksiyaların heç bir zorakılıq olmadan planlaşdırıldığını təxmin etmək çətindir.
ayna.az