10 min kilometr uzaqda, Nyu-Yorkun Elmira şəhərindəki bir evdə 10 yaşlı bir uşaq atasının iş otağında oturub uşaq həyacanıyla məktub yazırdı.
"Qazi Mustafa Kamal Paşa
Ankara, Türkiyə
Hörmətli cənab!
Mən 10 yaşlı bir uşağam.
Türkiyə və yeni hökümətinə böyük bir marağım var.
Siz və xanımınız haqqında bir çox yazı və rəsm yığmışam.
Türkiyə haqqında bir dəftərim var.
Siz və xanımınız haqqında bir neçə reportaj, müsahibə oxudum.
Xahiş edirəm, bir Amerikalı uşağa kiçik bir qeyd və imzalı şəklinin göndərin.
Bir gün Türkiyəni görə biləcəyimə ümid edirəm.
Hörmətlə
Curtis LaFrans!"
Məktub Ankaraya çatdı.
Mustafa Kamal bu məktubu oxudu.
İş otağına girdi, oturdu, cavab yazdı.
Bu Mustafa Kamalın ABŞ-a yazdığı ilk rəsmi məktub idi.
"Türkiyə Cümhuriyyəti Rəyasətindən
xüsusilə
Mister Curtis LaFransa,
Məktubunuzu aldım.
Türk Vətəni haqqında maraqlandığınıza və xoş diləklərinizə görə təşəkkür edirəm.
Arzunuzu nəzərə alıb bir dənə imzalı fotomu göndərirəm.
Həyatda nailiyyətlərə və səadətə qovuşmağınızı arzu edirəm.
Türkiyə Rəisicumhuru
Qazi Mustafa Kamal..."
Atatürkə olan sevgisi onun ölümünə çevrildi
Hələ 10 yaşında olan Curtis Amerika azadlıq mübarizəsinin qəhrəmanı, yeni qitəyə müstəqillik fikrini aşılayan fransız aristokrat Lafayettenin soyundan idi.
Fransa inqilabının ən güclü xarakterlərindən biri olan Lafayette Amerika azadlıq savaşından xəbər tutan kimi Filadelfiyaya getmiş, ingilislərə qarşı vuruşan amerikanlıların cəbhəsində yer almış, general olmuş, Corc Vaşinqtonla birlikdə ingilisləri darmadağın eləmiş, "iki dünyanın qəhrəmanı” elan edilmişdi.
Hə, belə bir adamın soyundan gələn Curtis azadlıq, müstəqillik hekayələriylə böyümüşdü.
O uşaq olmağına baxmayaraq "müstəqillik” anlayışının dünyadakı ən hörmətli həyat tərzilərindən biri olduğunu bilirdi.
Amerika qəzetlərində Türk qurtuluş Savaşı ilə əlaqədar xəbərləri maraqla oxumuş, "The Saturday Evening Post” dərgisində yayımlanan Mustafa Kamal Atatürklər müsahibəni oxumuş, oxuduqca heyran olmuş, yeni qurulan şəhər Anqoraya marağı artmışdı.
Çatarmı, çatmazmı, ciddiyə alınarmı, alınmazmı deyə düşünmədən yuxarıdakı məktubunu yazmışdı.
Curtis böyüdü, Yale Universitetində oxudu, texnika mühəndisi oldu, Kolumbiya Universitetində menecmentliyi bitirdi, Çexiyaya getdi, Praqa Çarles Universitetində Slavyan dilləri ixtisasında oxuyarkən II dünya müharibəsi başladı, ölkəsinə qayıtdı, ailəsinin şirkətinin başına keçdi, fabrik yaratdı, yanğınsöndürən maşınları istehsal etdi, Avropadan Afrikaya qədər onlarla ölkəyə ixracat həyəta keçirtdi, çox varlı bir iş adamı oldu. Newport Sənət Muzeyinin, Tarix Qurumunun, Newport Musiqi Festivalının, Redwood kitabxanasının ən böyük sponsoru oldu, "ilin xeyirxahı” mükfataını aldı.
Curtis 10 noyabr "Atatürkü anma günü" 2012-ci ildə 99 yaşında vəfat edir.
Yılmaz Özdilin "Məktub" yazısından götürülmüşdür
Dilimizə uyğunlaşdıran Eminquey