Bir neçə gün əvvəl paytaxda yaradılan ''Kitab dayanacağı'' söküldü.
cenub.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda ''Xəzər Xəbər' məlumat yayıb.
Qeyd edək ki sosial layihə çərçivəsində ilk olaraq həmin ''kitab dayanacağı'' paytaxtın Nərimanov rayonuNazim Hacıyev küçəsində qoyulub. Amma səhər saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin əməkdaşları kitabları götürərək dayanacağınsöküntüsünə başlayıblar.Onlar buna səbəb kimi iczəsiz həmin dayanacağının ora qoyulmasını göstəriblər.
Layihəsinin kordinatoru Ramil Hüseynzadə deyir ki, həmin dayanacağı SOCAR-IN Nərimanov rayonundakı idarəsinin qarşısında qoyulduğu üçün onlardan rəsmi qaydada icazə alıblar. Qeyd edək ki, sözügedən dayanacağdan kitab götürüb oxuyan insanlar da həmin yerin sökülməsindən narahatdılar. Onlar bu sosial layihəni dəstəklədiklərini və insanlarda kitab oxuma vərdişlərini artırmağa kömək etdiyini deyirlər.
Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət departamentindən ''Xəzər Xəbər''ə bildirdilər ki, ''kitab dayanacağı''nın həmin ünvana qoyulması üçün onlardan icazə alınmalı idi. Layihənin rəhbərləri rəsmi qaydada icazə almadıqları üçün həmin dayanacaq ordan götürüləcək.