Tanınmış şoumen və aparıcı Kamran Həsənli qadın zorakılığında elə qadınların özlərini günahlandırıb.
Teleaparıcı Yenicag.az-ın "Görünməyən tərəf” layihəsin Azərbaycanda qadınlar deyil, kişilərin zorakılığa məruz qaldığını deyib:
"Mən Azərbaycanda qadınların kişiyə qarşı zorakılığını görürəm. Qadın ədəbsizliyi, qadın həyasızlığı görürəm. Bəzi ölkələrdə qadınlar əskər gedir. Bu onların mentallığıdır. Bizdə mümkün deyil, bizim kişilərin başqa düşüncəsi olub. Siz o sütunları sındırsanız, qadın zorakılığı görəcəksiz. Bu olmamalıdır.
Qadınınki gözəllikdir, şəfqətdir. Sizinki bizə verilən ruhdur. Siz ona görə zorakılığa məruz qalırsız. Siz o həddi keçsəniz, cavab zorakılığı olacaq. O həddi keçmək olmaz. Etiraz görəcəksiz! Bioloji müharibə baş verə bilər!"

olke.az