“Bunlar dövlət müstəqilliyini xalqın sərvətlərini müstəqil(!) şəkildə talamaq vasitəsi hesab edirlər...”
Fikir savaşı...
Müstəqillik(!) günümüzü qeyd edirik. Dövlət(!) müstəqilliyimizin bərpasının elan edildiyi günü... Hərçənd boğazdan yuxarı “müstəqillik- ən böyük sərvətimizdir” deyib özünün, ailəsinin, tayfasının var-dövlət qazanmaq müstəqilliyi, azadlığı üçün çalışanlar üçün nə bu gün- 18 Oktyabr, nə 28 May - Respublika günü, nə də 9 Noyabr – Milli Bayraq günü batində heç bir məna kəsb etmir. Çünki belələri dünən sovet-rus bayrağı altında da, bu gün üçrəngli Azərbaycan türk-müsəlman bayrağı altında da eyni bir əqidəyə malikdirlər: mümkün qədər yüksək vəzifə qazanmaq və “el” dilində desək, yeyib-dağıtmaq, yəni ölkənin, xalqın sərvətlərini öz şəxsi, ailə, tayfa maraqları üçün müstəqil(!), azad(!) şəkildə talamaq, dağıtmaq... Sabah, Allah iraq eləsin, bir İvan İvanov, yaxud bir Aşot Sarkisyan da gəlib Bakıda rus, yaxud erməni bayrağı qaldırsa, belə buqələmunlar yenə onlara da yalmanıb-yaltaqlanıb murdar, üfunətli nəfs tuluqlarını qoruyub saxlayaraq işğalçı, düşmən bayraqları altında da öz xalqlarının qanını sormaqda davam edəcəklər... Necə ki, 28 ildir hüquqi cəhətdən müstəqil ölkədə Azərbaycan bayrağı, Azərbaycan gerbi altında, Azərbaycan himninin sədaları altında bacardıqları qədər milli sərvətlərimizi çapıb-talayır, sadə, məzlum vətəndaşlara qan uddururlar...
***
Sözümün canı ondadır ki, müstəqil ölkə belə çoxüzlü, simasız, əqidəsiz, yaltaq, rüşvətxor, kölə xislətli məxluqlarla deyil, müstəqil düşüncəli, əqidəli, dürüst, halal, qanunpərəst vətəndaşlarla qurulmalıdır...
***
Nə yazıqlar ki, son 28 illik demokratik adlanan şəraitdə zaman-zaman yaltaqlara, haramxorlara meydan verildi. Və onlar Allaha asi olmuş və Qiyamətədək insanları, bəşəriyyəti doğru yoldan çıxaracağını vəd etmiş Şeytanın qulları, canişinləri kimi bu ölkəyə, bu xalqa bacardıqları zərbələri vurdular və buna davam edirlər...
***
Bunlar havadan deyilən sözlər deyil, bunlar bütün xalqın, hər bir şüurlu vətəndaşın gözü qarşısında baş verən və hətta müstəqil(!) ölkənin prokurorluqları, məhkəmələrinin araşdırıb sübut etdikləri və hələ “en” qədəri araşdırılıb sübut edilməmiş acınacaqlı, faciəvi faktlardır... Və nə yazıqlar ki, belə yaramaz əqidəli insan cildli məxluqlar bu gün də həm aşağıda, həm yuxarıda, həm müxalifətdə, həm iqtidarda kifayət qədərdir. Bu barədə etiraflar dövlət başçısının bu günlərdə keçirdiyi iqtisadi müşavirədə də eşidildi...
***
Dövlət başçısı “altdan-altdan” dövlətə qarşı iş görənlərdən danışdı... Kimdi onlar? Həmin kölə, yaltaq xislətli, dövlət, hökumət qurumlarının içərisində və ətrafında yallanan, yalmanan çaqqal sürüləri...
***
Dövlət başçısı müxtəlif iri layihələrin icrası ilə bağlı rəhbərliyə təqdim edilən, şəxsi qazanc əldə etmək məqsədi ilə “şişirdilmiş rəqəmlərdən” danışdı... Kimlərdi o rəqəmləri şişirdənlər? Əlbəttə, yenə həmin əqidəsiz, simasız, çoxüzlü, yaltaq rüşvətxor və korrupsionerlər...
***
On illərdir ki, bu kölə, yaltaq xislətlilərin qurduğu və dəstəklədiyi korrupsiya şəbəkəsi ölkəni və xalqı, dövlət büdcəsini talan etməklə, hər birimizin cibinə girməklə yanaşı, həm də kütləvi şəkildə vətəndaşların düşüncə, əqidə sistemini pozur, onları məddahlığa, yalana, saxtakarlığa, fırıldağa, dələduzluğa, rüşvətxorluğa məcbur etməklə müstəqil dövlətçiliyimizə, ordumuza ikrah hissi ilə baxmağa vadar edir...
****
Artıq ölkədə yaltaqlıq, rüşvətxorluq, saxtakarlıq, dələduzluq tipli cəmiyyəti çökürdən, müstəqilliyimizə meydan oxuyan “xərçəng” xəstəlikləri tüğyan edir. Gündəlik həyatda hər birimizin rastlaşdığı, eləcə də kriminal xəbərlərdə səslənən, görüntülənən saysız-hesabsız xəyanət, cinayət faktları dediklərimizin bariz sübutudur...
***
Və nə qədər ki, getdikcə məmləkəti daha çox saran bu düşüncə, bu əqidə, bu həyat tərzi sistemi kəskin bir dönüşlə dəyişdirlməyib, dünyanın ən ali, ən müasir islahatlarını da başlatsan, bu ölkədə onları sonacan layiqincə həyata keçirmək mümkün olmayacaq...
***
Adi bir rayonda rüşvətxor, dələduz icra başçısını və ya rəisi, prokuroru vətəndaşların qanuni və haqlı etirazlarından qoruyan, onların həmin bölgənin son qarışınadək satıb-talamasnı təmin edən kimlərdir? Yuxarılardakı və ətraflarındakı yaltaqlar... Öz əqidələrində olan məxluqlar...
***
Bəzən aşağılardakı vəzifəsiz, pulsuz-parasız, alçaq “ranqlı” yaltaqlar gələcəkdə özlərinə, yaxud övladlarına 5-10 manat pul, yaxud kiçik bir vəzifə verilməsi üçün belə başçılara, nazirlərə o dərəcədə yaltaqlanırlar ki, onları o dərəcə də mədh edirlər ki, həmin başçı və ya nazirlər elə bilirlər ki, onlar nəinki rəhbərlik etdikləri bölgə, yaxud nazirliyin, bütövlükdə azərbaycanın yiyəsidirlər. Odur ki, harınlayır, qudurur və cəzasızlıq şəraitində ağıllaırına gələni edirlər...
***
Bir sözlə, öncə dediyimiz kimi, müstəqil ölkə bu gün müstəqil düşüncəli, əqidəli, dürüst, Vətənsevər, dövlətsevər, qanunsevər, inanclı insanlara, vətəndaşlara möhtacdır... Yalnız belə insan(!) vəzifə adamlarının sayəsində ölkədə gerçək islahatlar həyata keçirmək, eyni zamanda torpaqlarımızı da işğaldan azad etmək mümkündür...
***
Müstəqil əqidəli insan, vətəndaş heç də dikbaş, ipə-sapa yatmayan şəxslər anlamına gəlmir. Onlar bacarıqlı, savadlı, öz işini gərəyincə bilən, şəxsiyyətli, qürurlu vətəndaşlar, eyni zamanda özlərindən yuxarıdakı vəzifə sahiblərinin qanuni(!) tapşırıq və göstərişlərini layiqincə yerinə yetirə bilən adamlardır. Kimlərsə qanunsuz tapşırıq və gösrərişləri icra etməyənləri “dikbaş” hesab edirsə, o başqa məsələ...
***
Amma ona qəti əmin olmaq lazımdır ki, ölkəni, dövləti irəli – gerçək müstəqilliyə, gerçək inkişafa apacaq şəxslər üzdə başçıya, nazirə, Prezidentə yaltaqlanıb, onları ifrat tərif edənlər deyil, gördüyü nöqsanlara, xətalara, cinayətlərə göz yummayan və yeri gələndə ən yüksək vəzifəli şəxsin də səhvini, günahını üzünə söyləyə bilən şəxsiyyətlərdir(!)...
moderator.az