Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənistanın baş naziri Bako Saakyanı “marzpet” adlandırdı?..


Paşinyan Qərbin adamıdırsa, o halda Vaşinqton, Paris də  Qarabağı işğalçı ölkənin “əyaləti” sayır?..




 Xəbər verildiyi kimi, oktyabrın 15-də işğalçı ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyanı qəbul edib.

Rusiyada nəşr edilən erməni saytların verdiyi məlumata görə, bu haqda erməni siyasi şərhçisi Ruben Marqaryan “Ermənistanın səsi” qəzetinin rus versiyasındakı müəllif yazısında bəhs edib.  Şərhçinin sözlərindən belə anlaşılır ki, o, Paşinyanın Saakyanı “marzpet” adlandırması barədə məlumatı sosial şəbəkələrdən oxuyub.  Buna əmin olmaq üçün erməni politoloq hökumət başçısının  “Facebook”  səhifəsinə baxıb və orada yerləşdirilmiş video-yazıda öz qulağı ilə Paşinyanın  iqamətgahında Saakyanla Qarabağ məsələsindən danışarkən ona “ hörmətli cənab prezident”, ardınca isə bir az sakit səslə “hörmətli cənab marzpet”- deyə müraciərt etdiyini eşidib.  Daha sonra həmin video-yazının montaj edildiyini  eşitsə də,  bu məlumatın  nə rəsmi təsdiqinə, nə də təkzibinə rast gəlib...

Qeyd edək ki, “marzpet”  farsca “mərzban” sözündən götürülüb və "sərhəd qoruyucusu”deməkdir. İranda Sasanilərin dövründə (III-VII əsrlər) əsasən, ucqar əyalətlərin hakimi; canişini “mərzban” adlandırılıb. Hazırda qondarma Ermənistan Respublikası da inzibati cəhətdən mərzlərə bölünür və ermənilər mərzlərin başçılarına “marzpet” deyirlər... 

P.S. Əgər doğrudan da işğalçı ölkə baş naziri separatçı rəhbərə qarşı belə bir ifadə işlədibsə, deməli, rəsmi İrəvan rəsmən olmasa da, Azərbaycanın işğal altındakı ərazilərini özünün əyaləti hesab edir. Və digər tərəfdən, deyildiyi kimi, N.Paşinyan ABŞ-ın, Qərbin adamıdırsa, o halda  məntiqlə belə çıxır ki, ağaları, yəni rəsmi Vaşinqton, Paris ona Rusiyanın təsir dairəsindən  tam çıxacağı təqdirdə  Qarabağın rəsmən  Ermənistanın təkibinə birləşdiriləcəyinə şərait yaradacaqlarına söz veriblər... Məhz buna görə də Nikol Moskvanın adamı olan Saakyanın saya salımır və ona adi bir əyalət başçısı kimi yanaşır....
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10