Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Polisin şəxsi maşını ilə şagirdi vurub öldürdüyü və həbs olunmadığı deyilir



Oktyabrın 9-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində Bakı şəhər sakini Azad Əzizağa oğlu Ağayev idarə etdiyi "BMW” markalı, "90-DH-530” dövlət nömrə nişanlı avtomobillə piyada yolunu keçən Cəbrayıl rayon sakini, 17 yaşlı Solmaz Abdullayevanı vurub. 

Gənc qız hadisə nəticəsində ölüb.

Bu barədə Meydan TV-yə mərhum yaxınları məlumat verib.

Qəzanı törədən sürücünün Dövlət Yol Polisi əməkdaşı olduğu müəyyənləşib. Hadisə ilə bağlı yayılmış videogörüntülərdə də sürücünün yol polisi formasında olduğu görünür. Azad Ağayevin Müşviqabad qəsəbəsi ərazisindəki DYP postunda çalışdığı bildirilir.

Hadisədən sonra A.Ağayevin həbs olunmaması zərərçəkən tərəfin narazılığına səbəb olub. "DYP əməkdaşı şəxsi maşını ilə 60 yazılan yerdən 100-lə keçərkən Solmazı vurub. Qəzanı törədən şəxs hazırda zaminlə azadlığa buraxılıb” – deyə, Solmaz Abdullayevanın yaxınları bildirib.

Həmçinin iddia edilir ki, o, Beyləqan rayonu İcra Hakimiyyəti başçısı Asif Əzizağa oğlu Ağayevin yaxın qohumu olduğu üçün cəzadan kənarda qalıb.

DYP-dən Meydan TV-nin məsələ ilə bağlı sorğusunu cavablandırmayıblar, bu barədə məlumatsız olduqlarını deyiblər.

arqument.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10