Britaniyalı müsəlman "çətin" yeniyetmələr və evsizlərin həyatını yüngülləşdirmək üçün qeyri-adi bir yol tapıb.
İngiltərənin "Metro" nəşrinin verdiyi xəbərə görə, bir neçə il öncə İslamı qəbul edən London sakini Musa Nsubuqa imanın onu xeyriyyəçiliyə ruhlandırdığını söyləyir.
2017-ci ildə Qrenfell göydələnində baş verən dəhşətli yanğından sonra Musa və dindaş dostları yanğın qurbanlarına istifadə olunmuş paltar və ayaqqabı paylamaq təşəbbüsü ilə çıxış ediblər. Ancaq vaxt keçdikcə müsəlman bağışlanılan əşyaların keyfiyyətinin çox aşağı olduğuna diqqət edib və bu cür keyfiyyətsiz, səliqəsiz əşyaları insanlara verməyə utandığını anlayıb. Onda Musa evində geyinmədiyi bir neçə cüt bahalı markadan olan idman ayaqqabıları olduğunu xatırlayıb və yoldaşlarından da əlavə keyfiyyətli idman ayaqqabılarının olub-olmadığını soruşub. Bu minvalla Musa “Gucci”, “Adidas” və “Nike” markalı onlarla cüt bahalı idman ayaqqabısı toplaya bilib və “çətin” yeniyetmələrə və evsiz insanlara keyfiyyətli ayaqqabılar hədiyyə etməyə başlayıb. O vaxtdan bəri müsəlman London sakini ayda 150-200 cüt bu cür ayaqqabı toplayır və mütəmadi olaraq ehtiyac sahiblərinə paylayır. “Bomj” və yeniyetmələr onlara, demək olar ki, təzə olan idman ayaqqabısı verildiyini görəndə gözlərinə inanmırlar...