Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir



Bu gün Ümumdünya Ərzaq günüdür.  Bununla bağlı BMT-nin baş katibi Antonio Quterrenin müraciət yayıb:

“Aclığa son məqsədinə çatmaq üçün qlobal çağırışdır. Bu məqsəd qidanın hər kəs üçün, hər yerdə əlçatan və müvafiq qiymətə olmasını hədəfləyir. Lakin bu gün 820 milyondan çox insan kifayət qədər qidalana bilmir. İqlimlə bağlı fövqəladə vəziyyət ərzaq təhlükəsizliyi üçün artmaqda olan təhlükədir”.

O qeyni zamanda deyib ki, 2 milyard kişi, qadın və uşaq artıq çəki və ya piylənmədən əziyyət çəkir:

“Qeyri-sağlam qidalanma xəstəlik və ölüm riski daşıyır.

Dünyada, hər il 1 milyard tondan çox ərzağın israf edildiyi bir dövrdə aclığın artması qəbuledilməzdir. İstixana qaz emissiyalarını azaltmaq da daxil olmaqla, istehsal və istehlak modellərini dəyişməyin zamanı gəlib. Ərzaq sistemlərinin islahatı, bütün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün çox əhəmiyyətlidir.

Məhz buna görə də mən, 2021-ci ildə Ərzaq Sistemləri Sammitini təşkil etməyi ümid edirəm. Bu, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində Fəaliyyət Onilliyi çərçivəsinin bir hissəsidir. Bir insan övladı olaraq, aclıqdan azad bir dünya bizim üçün mütləqdir”.(Modern.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10