Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SOCAR Türkiyəyə 15 milyard dollar investisiya qoyub – Sərmayə yenə artırılacaq


“SOCAR Turkey Enerji A.Ş.”in (“SOCAR Türkiyə”) yatırımlarının həcmi investisiya planında müəyyənləşdirilmiş göstəricilərdən (19,5 mlrd. ABŞ dolları) artıq olacaq.
Bunu “APA-Economics”ə “SOCAR Türkiyə”nin Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.
“Bizim indiki investisiya planımız 19,5 mlrd. dollar həcmindədir. Bunun da 15 mlrd. dolları artıq təmin edilib”, – deyə LeKompte bildirib.
Buna baxmayaraq, onun sözlərinə görə, hazırda “Star” neft emalı zavodunda anbar tutumlarının artırılması layihəsi həyata keçirilir, daha sonra isə BP ilə birlikdə İzmirin Əliağa bölgəsində əlavə neft-kimya kompleksinin tikintisi layihəsinin reallaşdırılması nəzərdə tutulub, əlavə olaraq yeni araşdırma mərkəzinin tikintisi də planlaşdırılır. Bu işlərin reallaşdırılması əlavə investisiya qoyuluşuna tələb yaradır.
M. LeKompte “SOCAR Türkiyə” tərəfindən ölkə ərazisində əlavə aktivlərin alınmasını da istisna etməyib.
Qeyd edək ki, hazırda “SOCAR Türkiyə”nin nəznində “Star” neft emalı zavodu, TANAP boru kəməri, “Petkim”, “SOCAR Terminal”, “Petkim Külək Enerjisi Stansiyası”, “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətləri fəaliyyət göstərir.

azpost.info





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10