Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni işğalçıları Şuşa məscidinin “açılışını” etdilər: saxtakarlıq- fotolar


İşğalçı Ermənistan Azərbaycan ərazisindəki memarlıq abidələrinin yarısalamat qala hissəsinin tarixini saxtalaşdırmaqla növbəti zərbələrini vurmaqdadır. Əvvəlcədən elan olunduğu kimi, erməni işğalçıları oktyabrın 14-də Azərbaycanın Şuşa şəhərindəki Gövhər ağa məscidinin “təmir-bərpa”sından sonra açılış mərasimini keçiriblər. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılan “təmir” işlərindən sonra ermənilər həyasızcasına 1883-cü ildə, Kərbəlayi Səfi Xan Qarabağinin memarlığı əsasında ərsəyə gələn Yuxarı Gövhər Ağa məscidini “İran memarlığının nümunəsi” olaraq təqdim ediblər.
Qeyd olunub ki, məscidin “təmiri”nə 2014-cü ildən start verilib və nəhayət, işlər başa çatdırılıb. Qondarma qurumun başçısı Bako Saakyan və digər türk qanı içənlərin iştirakı ilə keçirilən tədbirdə sərsəm iddialar səsləndirilib. “İran İslam Respubliaksında bizim monastır və kilsələr qorunur. Biz də Artsax ərazisində, həmçinin Şuşada İran mədəniyyət abidələrinin bərpası ilə məşğul oluruq. Bu, İran-erməni dostluğunun nümunəsidir” - kimi iddialar eşidilib. Bildirilib ki, bu kompleks İran-Ermənistan elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.
Göründüyü ki, Ermənistan onun üçün “nəfəslik” rolunu oynayan İranı özünı yaxın etməkdən ötrü məscid layihəsinə start verib. Azərbaycanın tarixi abidəsini İranın adına çıxmaqla “Qarabağ İslam torpağıdır” mövqeyində olan İranı neytrallaşdırmaq istəyir.
Rəsmi Bakı bir neçə gün öncə ermənilərin bu tarixi saxtalaşdırmaq cəhdinə etiraz edib.
Musavat.com









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10