Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar: Türkiyənin 2 nazirliyi və 3 naziri...


ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
Xarici mətbuat xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo bildirib.
O, qeyd edib ki, Tramp Türkiyə ilə bağlı icraçı fərman imzalayıb. İcraçı fərman Maliyyə Nazirliyinə və Dövlət Departamentinə Türkiyə hökumətinin ayrı-ayrı şəxslərinə, təşkilatlara qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir. 
ABŞ prezidentinin özü isə poladın idxalına tətbiq olunan gömrük vergisinin 50 faizinə qaldırılacağını açıqlayıb. Türkiyə ilə 100 milyard dollarlıq ticarət razılaşmasını ehtiva edən müzakirələr dərhal dayandırılacaq.
"Prezident Tramp, xüsusilə Türkiyə hökumətinin son dövrdə Suriyanın şimalında keçirdiyi hərbi müdaxilə olmaqla, Suriya ilə əlaqədar vəziyyətin İŞİD-i məğlub etmə kampaniyasını baltaladığını, vətəndaşları təhlükəyə atdığını və bölgədə sülh, təhlükəsizlik və sabitliyi təhdid etdiyini düşünür", - Ağ Evdən bildirilib..
Açıqlamada Trampın bu mövzuda bəzi addımlar atdığı qeyd edilib. Bildirilir ki, Maliyyə Nazirliyi Dövlət Departamenti ilə birlikdə, Suriyada sülh, təhlükəsizlik, sabitlik və ya ərazi bütövlüyünü təhdid edən Türkiyə hökumətinin indiki və keçmiş rəsmilərini müəyyən edərək onların ABŞ-dakı aktivlərini müsadirə edə bilər. Açıqlamaya görə, Suriyada atəşkəs rejiminin qarşısını alan, Suriyaya könüllü olaraq qayıtmaq istəyən insanları qorxudan və maneə törədən, suriyalı qaçqınları zorla geri qaytarmağa çalışan, Suriyadakı siyasi həll  prosesi üzrə səylərin qarşısını alan şəxslər də sanksiyalara məruz qalacaq.
ABŞ Maliyyə Nazirliyinin  müəyyən etdiyi maliyyə qurumlarına da məhdudyyətlərin tətbiq ediləcəyi bildirilir.
Maliyyə Nazirliyi "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatı çərçivəsində tətbiq edilən sanksiyaları açıqlayıb. Açıqlamada Türkiyənin YPG/ PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatın İŞİD-lə mübarizəni təhlükəyə atdığı və regionda sabitsizliyə səbəb ola biləcəyi iddia edilib. Nazirlik Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu və enerji və təbii sərvətlər naziri Fatih Dönmezin sanksiya siyahısına daxil edildiyini bildirib. Bundan başqa, Müdafiə Nazirliyi ilə Enerji və Təbii Sərvətlər Nazirliyinə qarşı sanksiyalar tətbiq edilib.
Sanksiya siyahısına  daxil edilən şəxslər və qurumların ABŞ-dakı aktivləri dondurulacaq, onların ABŞ-da maliyyə əməliyaytları həyata keçirməsi qadağan ediləcək.
ABŞ dövlət katibi Mayk Pompeo da sanksiyalarla bağlı yazılı açıqlama verib. O, "Türkiyənin Suriyanın şimalındakı sabitliyi pozan hərəkətlərdə iştirak etdikləri" səbəbiylə müdafiə naziri Hulusi Akar,  Süleyman Soylu və  Fatih Sönməzə qarşı sanksiyaların tətbiq edildiyini bildirib. Sanksiyaların "Sülh çeşməsi" hərəkatının dayandırılması üçün tətbiq edildiyini ifadə edən Pompeo, Türkiyənin ABŞ-la Suriya mövzusunda müzakirələr aparmalı olduğunu söyləyib.

publika.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10