Bunların çoxu elə qış kimi soyuq və şaxtalı idi
Bir çoxlarının ağır aylardan saydığı fevral ayı bu il də mənfi yüklü adını doğrultdu. Belə ki, bu ayda istər ölkəmizdə, istər cənub bölgəsində insanları xeyli qayğılandıran hadisələr baş verdi. Onlardan bir çoxunu, təbii ki, bəzi yaxşı işləri də bu yazıda sizə təqdim etməyə çalışacağıq.
Manatın ucuzlaşmasının həyəcanları
Artıq 2 həftədir ki, manatın dollarla müqayisədə aşağı düşməsi həm televiziyanın, həm mətbuatın, həm də bütün künc-bucaqda söhbətlərin əsas mövzusuna çevrilib. Hələ də bir çoxları məşhur meyxanada verilən sualın – “nağaracağuq a?” qarşısında girinc qalıb.
Televiziyaya, saytlara baxanlar birinci manatla bağlı xəbərləri axtarır – dollarla olan kreditlər necə qaytarılacaq, mənzillər bahalaşacaqmı, hökumət zəruri malların qiymətini nə vaxtadək nəzarətdən saxlaya biləcək, qiymətləri kəlləçarxa çıxaran monopolistlərə “dur” deyən olacaqmı, dolların kursu aşağı salınacaqmı?
Təəssüf ki, bu suallara aydın cavab verən də azdır, yaxud da mənfi cavab verən ekspertlər də kifayət qədərdir. Bakıda, Lənkəranda bir neçə yüz nəfərin iştirakı ilə 2 dəfə etiraz aksiyaları da oldu. Martın 15-də Milli Şura bununla bağlı mitinq keçirtməyi də planlaşdırıb.
Görünür, 2015-ci il ölkəmizdə təkcə Avropa Yay Oyunları kimi yox, həm də cibimizdə, mədəmizdə, güzəranımızda, əmanətlərimizdə... gedən “oyunlarla” da yadda qalacaq.
Kimi nefti, kimi dünya böhranını, kimi iqtidarı, kimi müxalifəti günahlandırır. Kimi özünü arsızlığa qoyub bu barədə lətifələr, bayatılar quraşdırır. Hətta biz də sosial səhifədə ürəyimizi boşaltmaq üçün məzəli bir status paylaşmışdıq. Yazmışdıq ki, “Nizami Gəncəvi hələ 12-ci əsrdə manatın dilindən dollara müraciətlə yazmışdıq ki, sən Əzizsən, mən Ucuz, bir heçəm, Dollar, sənsiz”.
Qiymətlər isə bala-bala bahalaşır. Görünən odur ki, bu vurhavurda ən çox qazan borclular olacaq. Yəni, kimin kimə borcu varsa, ən azı 30-35 faiz irəlidir. Təsəlli üçün deyək ki, toya, yasa salınan pullar da indi sərfəli olacaq. Yəni, indi toya saldığın üzdə 50 manat görünsə də, faktiki 35 manatdır. Bütün bunları da təsəlli üçün yazdıq. Əlimizdən nə gəlir ki, əgər məşhur iqtisadçı ekspertlər, məşhur bangirlər, məşhur müxalifətçilər bu suallara aydın cavab tapa
Bilmirlərsə.
Masallıda intihar
Masallı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Təzə Alvadı kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Rasim Şükür oğlu Bağırov yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparıl
Masallıda yeni saytlar
Xəbər verdiyimiz kimi Ərkivan qəsəbə sakinlərinin təşəbbüsü ilə “Arkivan.az” saytı yaradılıb. Saytın maketi maketi ilə artıq internet də tanış olmaq mümkündür və arzu edənlər ona baxa bilərlər. Hazırda həmin sayta yerləşdiriləcək materiallar hazırlanır.
Məlumat üçün bildirək ki, bu saytda Ərkivanın tarixindən, mədəniyyətindən, rəhbər işdən çalışanlarından (həm də çalışmışlarından), xaricdə yaşayanlarında bu gününə qədər tanış olmaq mümkündür. Bu saytda qəsəbənin telefon nömrələrindən tutmuş hər gün bu ərazidə olan toylar, rəhmətə gedən şəxslər, uğur qazanan ərkivanlılar barədə də xəbərlər yerləşdiriləcək. Sayta ərkivanlı müğənnilər – Lalə Məmmədova, Nəriman Məmmədov, Şamo İbayev və başqalarının klipləri ilə də tanış olmaq mümkün olacaq.
İnanırıq ki, ərkivanlılar təkcə bu sayta baxmaqla öz işlərini bitmiş saymayacaq, bu saytın davamlı və güclü olması üçün mümkün maddi və mənəvi köməklərini edəcəklər.
Hələ ki, saytın təmənnasız yaratmış ərkivanlı tələbə - Tural Rəsilzadəyə təşəkkürümüzü bildiririk.
Bu il mart ayının 22-də, 15-00 da Ərkivandakı “Türkan” Şadlıq Sarayında saytın təqdimatı olacaq. Bütün ərkivansevərlər dəvətlidir.
Məlumat üçün bidirək ki, həmin vaxt sarayda qəsəbə sakinlərinin Novruz şənliyi və şəhşur pəhləvan Nadir Ağayev haqqında yazılmış kitabən da təqdimatı keçiriləcək.
Şəhər 1 saylı məktəbin saytı
Masallıda həyata vəsiqə almış 2-ci sayt isə “Masallı1saylı.com” adlı saytdır. Demək olar ki, bölgədə təhsil şöbələrinin belə saytlarının olmadığı bir məqamda məktəb saytının yaradılması əslində bir hadisədir. Bir neçə il öncə “İlin məktəbi” adını qazanmış məktəbin sayt yaratması məktəb –valideyn - şagird münasibətlərini daha da yaxınlaşdıracaq.
Hazırda saytın ilkin maketi hazırlanıb. Təkliflər öyrənildikdən sonra bu il aprel ayında saytın təqdimat mərasimi olacaq.
Hazırladı: Elcan
Qeyd: Qəzet fasilələrlə çıxdığı üçün bəzi xəbərlərin gec təqdim olunmasına görə oxuculardan üzrxahlıq edirik.
Nazir cənuba gəlmişdi
Azərbaycanın Əmək və Sosial Müdafiəsi naziri Səlim Müslümov ötən həftə cənubdakı şikayətçiləri qəbul etmək üçün Masallıya gəlmişdi. Tədbirdən xəbər tutanlar çox olmasa da şikayətə 30-dan artıq şikayətçi gəlmişdi. Çox hay-küy salan şikayətçiləri ƏƏSMM-nin Masallı şöbəsinin binasına dəvət edərək, onlara xərclik verməklə “zərərsizləşdiriblər”. Nazir qəbul yazılan şikayətçilərin hamısını qəbul edib. Bayırda çəkiliş aparan bəzi jurnalistlərə isə peşə fəaliyyətini normal icra etməyə imkan verilməyib.