Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Dünyada bu dili yazıb-oxumağı təkcə o, bilir..."- İbtidai təhsili olan yaşlı qoca...


Söhbət ibtidai təhsili olan 68 yaşlı Məhmət Kuşmandan gedir. O, Vandakı Çavuştəpə qalasının 55 illik keşikçisidir. O, dünyada urartu dilində yaza bilən yeganə insandır.

cenub.az Moderator.az-a istinadən xəbər verir ki, 68 yaşlı Məhmət Kuşman dünyada urartu mixi yazılarını oxuya bilən 38 adamdan biridir. Amma bu dildə ondan başqa yaza bilən yoxdu. İbtidai təhsil alan M.Kuşman bunu qalada keşikçi olduğu dövrdə öyrənib. 

Uzun qış gecələrində əldə etdiyi kitabları oxuyan yaşlı adam günün birində qalada araşdırma aparan qrupa yaxınlaşaraq onlara bu dili öyrənmək istədiyini deyib. Adamlar yaşlı adamın bu işə həvəsli olduğunu görərək ona bir neçə kitab verib.

 Bütün  bunlardan sonra M.Kuşman indi urartu mixi yazılarını oxuyan 38 adamın siyahısına daxil olmanın və bu dili yaza bilən tək adam olduğu üçün qürur duyur. O, yazdığı daşları Vana gələn ziyarətçilərə hədiyyə verir. Yaşlı adamın bir istəyi var və o da bu dili gələcək nəsilə öyrətməkdir.











Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10