Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müsavat Partiyasının yeni başqanı məlum oldu – Yadigar Sadıqlı isə Arif Hacılını təbrik etməyə gəlməyib


Müsavat Partiyasının qurultayında başqan seçkisinin nəticələri məlum olub. 

cenub.az Azpost.info-ya istinadən bildirir ki, 338 qurultay nümayəndəsinin iştirak etdiyi səsverməyə görə, Arif Hacılı 262 səs qazanaraq başqan seçilib.
Yadigar Sadıqlı  20 səs, Tofiq Yaqublu  isə 51 səs toplayıb.  5 bülleten etibarsız sayılıb.
Məğlub olan Tofiq Yaqublu Arif Hacılını təbrik edib. “Artıq nəticələr bəllidir və Arif Hacılı qalib gəldi. Arif bəyi təbrik edirəm. Müsavat Partiyası və Azərbaycanımız üçün xeyirli olsun. Yola davam!”-deyə bildirib. Digər namizəd Yadigar Sadıqlı isə Arif Hacılını təbrik etmək üçün gəlməyib.
Arif Hacılı etimada görə qurultya nümayəndələrinə təşəkkür edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10