Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Ölmüş" adam bir neçə saat sonra evinə geri dönüb



"Ölmüş" adam bir neçə saat sonra evinə geri dönüb 
 
İndoneziyanin Gesikan şəhərində qəribə hadisə baş verib. Xarici mətbuat xəbər verir ki, şəhərdə dəfn olunan bir nəfər 7 saat sonra evinə geri qayıdıb.
 
Belə ki, ağır yol qəzası keçirən adam hadisə yerində keçinib və onun Suntaro  şəxs olduğu irəli sürülüb.
 
Suntaronun cəsədi isə ailəsinə təhvil verilib. Lakin dəfn mərasimindən 7 saat sonra Suntaro evinə geri qayıdıb. 
 
Araşdırma nəticəsində məlum olub ki, Suntaro bir müddət əvvəl Varim adlı tanışından borc pul götürüb və qarşılığında şəxsi motosklini girov qoyub. Bu səbəbdən də mərhumun Varim olduğu ehtimal olunub. 
 
Varimin ailəsi isə cəsədi qəbirdən çıxarmağa ehtiyac olmadığını, yalnız məzar daşındakı adın dəyişdirilməyini bildirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10