Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məlahət müəlliməyə təbriklər


Lənkəran şəhərindəki 4 saylı Hümanitar təmayüllü tam orta məktəbin müəllimi Tağıyeva Məlahət Hacıbala qızı
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülüb. Məlahət müəllimi uzun illərdir ki, pedaqoji sahədə çalışır. Ölkə miqyaslı bir sıra yarışlarda onun şagirdləri ciddi uğurlar qazanıblar.
Bir müddət Lənkəran Gənclər İdarəsinin direktor müavini işləyib, ictimaiyyətçi qadın kimi insan hüquqları ilə bağlı bir sıra layihələrin reallaşmasında fəal iştirak edir. Əslində o, bu addan öncə təşkilatçılığı, yüksək fəallığı və səmimiyyəti ilə təkcə Lənkəranda yox, cənubda çoxlarının fəxrinə çevrilmişdi. Məlahət xanımı bu sevincli günlərində “Cənub xəbərləri” qəzetinin kollektivi adından ürəkdən təbrik edir, onu arzularından da uca uğurlara qovuşmağı arzulayırıq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10