Bir neçə gün öncə erməni döyüşçü Rafael Abrahamyan rinqdə türk rəqibi Rafael Abrahamyan boğma fəndi ilə məğlub etdiyi, ardınca onu öldürmək istədiyi haqqında görüntülər yayılmışdı.
cenub.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, əslində həqiqət tam fərqli imiş.
Belə ki, erməni döyüşçü saxtakarlıq edərək hamını aldadıb. Onun məğlub etdiyi rəqibinin Batuhan Akduman deyil, əslində 20 yaşlı türkmənistanlı döyüşçü olduğu üzə çıxıb.
Bu barədə Batuhan Akduman “Habertürk”ə açıqlama verib. O deyib ki, saxtakarlığı özü üzə çıxarıb:
“Mən bu xəbəri eşidən kimi Rusiya vasitəsilə hərəkətə keçdim və Rusiya Full Kontakt Döyüş İdmanları Federasiyası prezidenti Sergey Ermakov ilə danışdım. Onun vasitəsilə Rafaeli tapdım. Matçdan əvvəl reklam bilgilərində döyülən idmançının adının Batuhan Akduman olduğunu görəndə, əvvəlcə ad bənzərliyi olduğunu sandım. Samara şəhəri təşkilati üzrə təmsilçi vasitəsilə döyülən idmançının məşqçisi ilə əlaqə saxladım. Ondan idmançının pasportunu istədim. 8 saat sonra üzərində dəyişikliklər edilmiş pasportun üzünü göndərdilər. Pasportda U24TUR kodu vardı. Bu yanlış xəbərlə bağlı müraciət etdiyim Respublika Baş Prokurorluğunda bu kodun Türkmənistana aid olduğunu öyrəndim. Yəni mənim adımdan, karyeramdan istifadə edərək 20 yaşlı türkmənistanlı idmançını Rafael ilə döyüşdürüblər”.
B.Akduman sözlərinə əlavə edib ki, daha sonra erməni idmançıya zəng edib:
“Sonra Rafaellə əlaqə saxladım və etdiyinin tərbiyəsizlik olduğunu, adımdan istifadə etdiyini və 2 ay müddətində qarşıma çıxmayacağı halda onu dünyada biabır edəcəyimi söylədim.
O, 65 kq-da döyüşür, mənim 71 kq çəkim var. Rafael də təklifimə əvvəlcə kilo fərqi olduğu üçün razılaşmadı. Buna görə 67 kiloya düşəcəyimi və mənimlə döyüşəcəyini söylədim.
Ona “istəyirsənsə, mən Ermənistana gəlim” təklifini verdim. Əvvəlcə Rusiyanın Samara şəhərinin daha uyğun olacağını və 2 ay içində döyüşü qəbul etdiyini dedi. Mən də 20 nəfərlik komandamla Ermənistana gedəcəyimi, 15 dekabrda qarşımda olmasını və vizada problem çıxarmamaları üçün lazımi əlaqəni qurub həll etməsini dedim”.
Türkiyə idmançı təəssüflə qeyd edib ki, hazırda Ermənistanda Abrahamyanı “xalq qəhrəmanı” elan ediblər:
“Azərbaycanda Mübariz İbrahimov kimdirsə, hazırda Ermənistanda Rafael Abrahamyana da o cür münasibət var. Amma hər kəs bunu bilsin, ona ikinci raundu göstərməyəcəm. Onun boyu 1,70, mənimki 1,75 və matçlarını izlədim. Güləş əsilli olduğu bəllidir. Güclüdür, amma təpiyi də, yumruğu da sağlam deyil.
Saxtakarlıq edən erməni idmançı Rafael Abrahamyan
Bu video yayımlandıqdan sonra sosial mediada həyatımda eşitmədiyim söyüşləri eşitdim. Rafael həqiqətən də əxlaqsız davrandı. Anama zəng edib “başın sağ olsun” deyənlər belə oldu”.
Qeyd edək ki, B.Akdumanın 3 dünya çempionluğu, 1 dünya ikinciliyi və 3 dünya üçüncülüyü var.
Ölkə.Az