Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada doğrudanmı 15 yaşlı qız qaçırılıb? Atası onu ölümlə hədələyir



Bu günlərdə Astara rayonundan cenub.az saytına dəhşətli bir məlumat daxil olub. Məlumatda bildirilir ki, rayonunun tanınmış ərazilərindən birinin sakini, 08 mart 2004-ci il təvəllüdlü  (ad, soyad, atasının,  yaşayış yerinin adı bizə bəlli olsa da hələ ki qeyd etmirik) qız özündən təxminən 10-15 yaş böyük, evli olan Rauf adlı şəxslə qaçıb.

Bu ailə ərazidə problemli ailələrdən olub.  Məlumata görə, ata içki aludəçisidir. Buna görə də həyat yoldaşı ondan ayrılıb. Kişi yeni qadınla evlənib. Kişinin əvvəlki arvaddan olan qızı (hazırda qaçırıldığı bildiirlən qız) isə ata evində qalıb. Mənbə bildirir ki, 15 yaşlı qız daim şiddətə şiddətlə üzləşib, hətta atası tərəfindən  ciddi xəsarətə məruz qalıb. Çıxış yolu tapmayan qız özündən xeyli yaşdı olan evli bir oğlanla qaçıb. (Başqa bir məlumat isə bildirilir ki, oğlanın da arvadı onu atıb, həmin arvad da başqası ilə evlənib) Bir neçə gündür ki, qızdan dəqiq xəbər yoxdur. Qız atası isə onun qaçırılmasını çox aqressiv qarşılayaraq, qız taparsa, öldürəcəyini bəyan edir.  Yerli sakinlər, müəllimlər atanın xasiyyətinin tündlüyünü nəzərə alaraq, susmağa üstünlük verir.

Məsələyə aydınlıq gətirmək üçün Astara Təhsil Şöbəsinin müdiri Rəşad müəllimlə əlaqə saxladıq. O bir neçə dəqiqədən sonra bildirdi ki, məsələni araşdırdıq. bu qız 2 il öncə 9-cu sinfi bitirərək məktəbdən ayrılıb. Hazırda qız Lənkəranda  doğma anasının yanındadır. Polis həmin oğlanı axtarır.

Bizə gələn məlumatlarda isə mənbə təkidlə bildirir ki, qızın hələ 16 yaşı tamam olmayıb, məktəbi də ötən il yox, bu il bitirib, hətta imtahana belə gəlməyib, sadəcə  şəhadətnamə verib  məktəbdən kənarlaşdırıblar. Həmçinin  onu da bildirirlər ki, qız onu qaçırdan oğlanın yaxınlarının evində gizlədilər. 

Bu olayı sonadək araşdırmaq imkanlarım xaricindədir Jurnalist həmkarlarımdan, qadın hüquqları müdafiəsi təşkilatlarından bu hadisəni  diqqətdə saxlamağı xahiş edirik. Doğrudanmı 15 yaşlı qızın həyatı təhlükədədir? Ya bizə dezinformasiya ötürürlər?  Maraqlı şəxslər mənimlə əlaqə saxlaya bilərlər. Ən ciddi amalımız bu olayla bağlı kimlərisə günahlandırmaq yox, gerçəkləri üzə çıxartmaqdır.(Telfonumuz 0 50 322 75 23)

Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10