Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Qaz İstismarı İdarəsi –“dilənçilər”, ya “qudurğanlar” məskəni 2 metrə borunu rəngləməyə pul tapmayan idarə 1 mertlik qaz xəttini birləşdirmək üçün 3-4 min manat istəyir


2 metrə borunu rəngləməyə pul tapmayan idarə 1 mertlik qaz xəttini birləşdirmək üçün 3-4 min manat istəyir
(İndi təsəvvür edin ki, Rovnəq Abdullayevin oğlu 2,6 milyonluq saatı hansı pullarla alır)
cenub.az bildirir ki, qaz idarələri əhalinin əsas narazılıq mənbələrindən biridir. 4-5 il öncə yalançı qaz borcları ilə yüzlərlə, minlərlə insanı az qala infarkt həddinə gətirən “qazçılar”, (bu işin yaradıcıları Bakıda evlər, villalar, bahalı maşınlar, dahanələrin, nələrin sahibi oldular) elə indi də əndrabadi işlərindən əl çəkmirlər.
Hələlik 2 detalın üzərindən dayanmaq istəyirəm. İlk baxışda olduqca kiçik məsələ görünsə də, mümkünsə sona qədər oxuyun. Masallı rayonunun Ərkivan qəsəbəsində qaz boruları dəyişdirilir, yeni dairəvi şəbəkə qurulur.  Bununla bağlı xətlərin həyətlərə girən hissələrdə isə “arkalar” qurulur. Bu “arkalar”ın əksər hissələrinin yuxarısı rənglənmir. Yəni aşağısı ala-babat ağardılır, yuxarısı qalır. Ara məhəllələrdə bu daha çox olsa da, hətta turist mərkəzlərinə gedən Masallı - Yardımlı yolunun Ərkivandan keçən  hissəsində də belə ala-bəzək borulara kifayət qədərdir.
İşə cavabdeh olanlar deyir, pul vermirlər, rəngi özümüz alırıq.
Lap xırdalığa gedim. Ərkivanın  Abbaslı məhəlləsində belə xətləri rəngləyəndə evimizin yanındakı borunu rəngləməmişdilər. İcra hakimiyyətinə şikayətimdən sonra bizim problemi həll edib, qonşular xəttinə toxunmadılar, yəni onların boruların rəngləmədilər. Hələ də təkcə bir məhəllədə onlarla ala-bəzək boru “diş ağardır”. And içirlər pul yoxdur, hələ benizini də öz pulumuzla alırıq.
Doğrudanmı pul yoxdur?
Deməli, rəhbərlik etdiyim redaksiyanın binası qaz xəttinə birləşib. Binanın daxilinə qaz qoşmaq üçünsə, çox olsa, 50-60 sm boru lazımdır. Deyirlər, smeta tutulmalıdır. 260 manat sayğac üçün öndəməlidir, 3-4 min də çəkiliş üçün.
Bu məlumatı da onlardan elə-belə almaq olmur a. Deyirlər, əvvəl 260 manatı ödə, sonra smetanın məbləğin deyərik. Deyirik, ay filankəs, bəlkə smetanın xərcin ödəməyə imkanın olmayacaq, dəyərini de, demirlər.
Guya həmin idarənin bunlara dəxli yoxdur, onlar podratçı təşkilatlardır. Qısası, komediya düzəldiblər.
Uzun sözün qısası, icra hakimiyyətinin müavini səviyyəsində işə qarışılandan sonra, dedilər smeta xərci 4 min manat eləyir, siz 3 min manat ödəyərsiniz. (Dövlət idarəsinin bazarlığına bax e) Adam bilmir bu 1 metrlik boru brilyantdan olacaq, almasdan olacaq, ya digər qiymətli materialdan?
İndi 1 metrə boru üçün 3 min manat istəyən idarə 2 metr borunu rəngləməyə pul tapmır.
Masallı Qaz İstismarı idarəsi  vecsiz rəhbərlərin poliqonuna çevrilib. Hər 6 aydan bir burada müdir dəyir. O rayondan bu rayona müdir dəyişməklə aləmi vurublar bir-birinə. 
3 ay öncə müqavilə ilə çalışan işçilərin əmək haqqını vermədikləri üçün 100-dən artıq işçi etiraz aksiyası keçirirdi. Bu “qazlı” oğlanlar balaca yel əsən kimi ofisdən elə qaçmışdılar ki,  otaqlarda “diş qurdalamağa” bir nəfəri tapmaq olmurdu.
Əlbəttə, bu işlərdən “qaz”çıların baş idarəsi xəbərsiz deyil. Bu cür qudurğanlığa göz yumanlar isə elə onların tayıdır.
Araşdırmalarımız davam edir. Bəlkə nədə isə yanlışlığa yol veririk. Zəhmət olmasa, rəylərinizi yazın.
Biz isə bu yazının qazçıların baş idarəsinə, digər  müvafiq təşkilatlara çatdırmağa, eləcə müstəqil kanallarda canlandırmağa çalışacağıq.
Daha söhbəti çox uzatmamaq üçün qaz pulunun ödənişi ilə bağlı çıxarılan hoqqalardan yazmadıq. Hansı şirkətlərlə, şəxslərlə bazarlıqlara gedirlər, orası da bəllidir.
Nə yaxşı ki, Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev böyük işlərlə məşğul olduğundan bu xırda-mırda işlərə baş qoşmağa vaxtı yoxdur.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10