Sənət adamlarının görünüşü hər zaman müzakirə mövzusu olub. Maraqlıdır, tanınmış azərbaycanlı xanımlar hansı kişi sənətçimizi ən yaraşıqlı hesab edir?
Bu sualla bəzi tanınmış xanımların fikrini öyrəndik. Həmin fikirləri şərhsiz təqdim edirik.
Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova:
"İndi yaraşıqlı kişi var ki? Mənim üçün ən yaraşıqlı sənət adamı Hacıbaba Bağırov olub. İndi üçün isə müğənni Əkbər Əliyevin adını çəkə bilərəm".
Teleaparıcı Lamiyə Ələkbərova:
"Mən sənətdə olan kişinin yaraşığına yox, sənətinə qiymət verirəm. Düzdür, səhnədə yaraşıq önəmlidir, lakin əvvəlcə o yaxşı oxumalıdır".
Xalq artisti, xanəndə Səkinə İsmayılova:
" Mənim üçün sənət və sənətkarlıq önəmlidir, yaraşıq önəmli deyil".
Xalq artisti, xanəndə Simarə İmanova sualı təbəssümlə cavablayır:
"Ad çəksəm inciyəcəklər, deyəcəklər ki, ay Simarə xanım, niyə filankəsin adını çəkdiniz, mənim yox. Bizim kişi sənətçilərimiz zamanın süzgəcindən keçmiş sənətçilərdir. İstər indi, istərsə də keşmişdə olanlara hörmətim var. Kişiyə gözəl deməzlər, yaraşıqlı deyərlər".
Meyxanaçı-müğənni Samirə Yusifqızı da sualı yumorla cavablayıb:
"Mənim üçün sənətdə yaraşıqlı kişi Oktay Kamildir".
Xalq artisti Nazpəri Dostəliyeva:
"Hesab edirəm ki, Azərbaycan səhnəsində ən yaraşıqlı kişi Arif Babayevdir".
Xalq artisti Aygün Səmədzadə və əməkdar artist Nigar Şabanova isə bu cür sorğularda iştirak etmədiklərini bildiriblər.
olke.az