Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həbsdə olarkən yaxınlarına məlumatı bu sənətlə ötürüblər - FOTO




Dekorativ-tətbiqi incəsənətin bir qolu olan bədii tikmənin geniş yayılmış növü təkəlduzdur. 

 30 illlik təcrübəyə malik olan Səkinəxatın Paşayeva Şəkidə məşhur təkəlduz ustalarındandır. 

O, təkəlduz sənətindən əvvəl bədii tikmənin digər növlərinə, həmçinin toxuma sənətinə də maraq göstərib.


Təkəlduz hərfi mənada “tək əllə düz” mənasını verir. Bu sənət çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növüdür. 

S.Paşayeva bildirir ki, elə işlər var 3-4 ay üzərində çalışmalı olursan. Kiçik ölçülü əl işləri 20 günə, bəzən bir aya başa gəlir. Sənətkarın dediyinə görə, əl işlərinin qiymətinə qalanda ən ucuzu 30, ən bahalı iş isə 1000 manatdır. 

Təkəlduz sənəti haqda bir çox rəvayətlər də var. Kişilər bir vaxtlar bu sənətdən istifadə edərək həbsdə olduqları vaxt yaxınlarına məlumat ötürüblər. Belə ki, məhbuslar yaza bilmədiklərini parça üzərində saplarla toxuyaraq yaxınlarına işarə göndərib. 

Ailəlikcə təkəlduzla məşğul olan S.Paşayevanın əl işləri Türkiyə və Avstriyada təşkil olunan sərgilərdə də nümayiş etdirilib.

oxu.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10