Həbsdə olan müğənni Fədaya Laçının azadlığa çıxacağı tarix açıqlanıb.
Bu barədə müğənninin bacısı İlahə Fəda “Xəzər” kanalında yayımlanan “5-də 5” verilişində məlumat verib.
O, bacısının oktyabrın 28-də azadlığa çıxacağını və səbirsizliklə həmin günü gözlədiklərini bildirib.
Qeyd edək ki, sentyabrın 30-da müğənni Fədaya Laçının cəzası beş ildən iki ilə endirilib.
oxu.az