Azərbaycanın turizmi ilə bağlı CNN kanalında yayımlanan proqram amerikalıların ölkəmiz haqqında məlumat toplamaq üçün mühüm layihə kimi tanınıb.
cenub.az konkret.az-a istinadən xəbər verir ki, ABŞ-ın mötəbər turizm şirkətləri də bu video-çarxı özlərinin təqdimat saytlarında yerləşdirirlər. Xüsusən Qəbələnin Xanlar restoranı barədə danışılan videoda deyilir ki, ilk dəfə meşə ətrafında yaradılan ictimai-iaşə obyektində Azərbaycanın dadlı kulinariyası turistlərə təqdim edilir. Hələ o vaxt restoran açılarkən burada heç bir infrastruktur belə olmayıb. CNN kanalında restoranın yerləşdiyi yerin təbii gözəlliyinə diqqət çəkib.
Aşpaz Zahir Musayevin isə özünün xüsusi kababları haqqında danışdığı verilişdə daşarası kimi tanınan məşhur Azərbaycan yeməyi haqqında məlumat verir.