Çinin əsir düşərgələrindən qaçan müsəlman qadınların hekayəsi qan dondurdu. Zərərçəkən qadınlar düşərgədə nəzarətçilərin onlara səhərə qədər təcavüz etdiklərini bildirib.
cenub.az moderator.az-a istinadən xəbər verir ki, qadınlar bu haqda "Vaşinqton Post" qəzetinə danışıblar. Bildirilir ki, Çin hökumətinin əsir düşərgələrində insanları zəncirlə bağlaması bir daha dünya mediasının gündəmini zəbt edib.
Qadın hüquqlarını müdafiə edən təşkilatlar burda müsəlmanların artımının qarşısını almaq üçün hətta qadınların cinsi orqanına acı bibər sürtüldüyünü də dilə gətirib. Beş il düşərgədə əsir olan Ruqiyə Perhat nəzarətçilərin xoşları gəldikləri qadınların başına torba keçirərək başqa otaqlarda onlara təcavüz etdiyini və hamilə qadınları isə məcburi abort etdirdiklərini deyib.
Çindən Qazaxıstana qaçan Gulzira Moqdyan isə düşərgələrdə təcavüzlə yanaşı, insanların məcburi şəkildə orqanlarının çıxarılaraq orqan mafiyasına satıldığını bildirib.