Aparıcı İlkin Həsəni “Lankaran Springs Wellness Resort” oteli tənqid edib.
cenub.az Axşam.az-a istinadən xəbər verir ki, o, otelin xidmətlərindən narazı qaldığını sosial media hesabında yazıb:
“Xidmət, mətbəx və qarşılama hələki sıfır. Ümid edirəm gələcəyə düzələr. Hələ bazar günü səhər 6:53-də ərazidəki təmir səslərini qoyuram bir kənara. Səhər 7-də resepşna zəng etmişəm ki, biz drelin səsindən qaçıb bura gəlmişik, bu nədir, bu nə səsdir? Deyir ki, yəqin məcburiyyət qarşısında iş gedir. Həyatımın ən dadsız kütüm və çolpa ləvəngisini yedim.
Niyə Lənkəranın Haftoni kəndində səhər yeməyində şəhər yumurtası yeyəsən? Bu gözəl memarlıq işi üçün əməyi keçən hər kəsə təşəkkürlər, əsla kiminsə işini aşağılamaq istəmirəm, amma məkan özü 5 ulduzdursa, bütün sahələri 5 ulduz olmalıdır”.
İlkin daha sonra meşədə qızı ilə fotosunu yayımlayaraq, "Qlamurxanadan qaçıb bura gəldik, nə varsa, bu "klyonkalı" masalarda var" sözlərini əlavə edib.