Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çar 2-ci Nikolayın əmri ilə Biləsuvarda çəkilən su kanalı –



Biləsuvarda bir kanal var – Cənub-Muğan su kanalı. Bu kanalın vaxtilə Çar II Nikolayın əmrilə çəkilməsindən çoxları xəbərsizdir. 

cenub.az oxu.az-a istinadən bildirir ki, XX əsrin əvvəllərində – çar II Nikolayın dövründə köçürülmə siyasəti davam etdirilib. İmperiyanın bu siyasəti ölkəmizin cənub bölgəsindən, eləcə də Biləsuvar rayonundan da yan keçməyib. İlan mələyən Muğan düzünə slavyan əhalisinin köçürülməsinə başlanılıb. Burada su mənbəyi kimi Bolqarçay çayının olmasına baxmayaraq, su qıtlığı yaşanıb.
Su kanalının çəkilişi zamanı kişilərlə yanaşı, qadınların da əl əməyindən istifadə olunub. Qadınlar torpaqla dolu vedrələri yuxarıda dayanmış kişilərə verir, onlar da öz nöbəsində torpağı kanaldan 4 metr uzağa tökürlərmiş. Bu minvalla 1912-ci ildə dərinliyi 5-6 metr olmaqla kanalın 54 kilometr hissəsi qazılaraq istifadəyə verilib. Maraqlısı odur ki, çar dövründə çəkilən su kanalının tikintisi qızıllar hesabına başa gəlib.
Sonrakı illərdə kanalın qazıntı işləri davam etdirilərək, Astraxanbazar – indiki Cəlilabad rayonunun ərazisinə kimi çatdırılıb. Ümumi uzunluğu 101 kilometr olan kanal əvvəllər Əzizbəyov, sonradan isə Cənub-Muğan kanalı adlandırılıb.
Bir əsrdən çox tariximizin canlı şahidi olan Cənub-Muğan su kanalı hazırda rayonda 45 min hektara yaxın müxtəlif növ əkin sahəsinin suvarılması ilə yanaşı, əhalinin texniki-məişət suyuna olan tələbatının ödənilməsində də mühüm rol oynayır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10