Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu gənclər əsgərliyə aparılmır - RƏSMİ AÇIQLAMA



Çəkisi normadan artıq və az olanlar da hərbi xidmətə yararsız hesab edilirlər. Azərbaycan Respublikasının 18 yaşına çatmış vətəndaşları hansı çəkidə olduqları zaman əsgərliyə aparılır?

cenub.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılov "Lent.az"a açıqlamasında vətəndaşı hərbi xidmətə yararsız edən çəki dərəcələrindən danışıb:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olmayan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olan çağırışçılar hərbi xidmətə yararsız hesab edilirlər. Bununla yanaşı qeyd edirik ki, məsələn qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 188 sm, bədən çəkisi – 130 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35-39,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” və “b” bəndlərinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə “6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar “b” bəndi üzrə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər”.

Xidmət rəsmisinin verdiyi məlumata əsasən, həm bədən inkişafı çox zəif olan, həm də piylənmədən əziyyət çəkən şəxslər hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Əgər müalicə əsasında vətəndaşın problemi aradan qalxmazsa o, tam yararsız hesab edilir. Ancaq həmin şəxs müharibə və səfərbərlik dövründə məhdud yararlı olmaqla qeydiyyata alınır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10