Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BBC-nin eksklüziv araşdırması: iraqlı din adamları qız uşaqlarını “siğə” edərək satır



Iraq

Xəbərdarlıq: Bu xəbərdəki bəzi ifadələr və detallardan narahat ola bilərsiniz.

BBC-nin Ərəbcə Xidməti İraqda bəzi din adamlarının şiə təriqətində müvəqqəti sayılan siğə nikahı altında azyaşlı qızların "intim əlaqəyə'" girməsi üçün satdığını üzə çıxarıb.

Araşdırmada gizli qeyd edilən üç din adamından ikisi, İraqın ən önəmli şiə din adamlarından Ayetullah Sistani-nin təqibçisi olduğunu söyləyib.

BBC-yə yazılı açıqlama verən Sistani "bu hərəkətlər dediyiniz kimi edilirsə, şərtsiz qınayırıq. Müvəqqəti evliliyin qadın qürurunu və şəxsiyyətini alçaldacaq şəkildə seks alverinin alətinə çevrilməsinə icazə verilə bilməz" deyib.

İraq hökumətinin bir sözçüsü də BBC Ərəbcə Xidmətinə verdiyi açıqlamasında "bu qadınlar din adamlarından şikayətçi olaraq polisə getməsələr, yetkili şəxslərin ölçü götürməsi çətindir" deyə bildirib.

Gizli araşdırma

BBC Ərəbcə Xidmətinin İraqın ən önəmli dini türbələrinin yaxınlığında çalışan din adamlarının işlətdiyi evlilik büroları haqqında apardığı gizli araşdırma üzə çıxarıb ki, din adamlarının əksəriyyəti intim münasibətin olması məqsədilə çox qısa zamana hesablanmış, bəzən 1 saat üçün belə siğə nikahı bağlayır.

Bəziləri bir neçə saatlıq evlilik üçün 9 yaşındakı qız uşaqlarını siğə etdirməyə maraqlıydı. 

Bundan əlavə, siğə üçün qadın və kiçik yaşlı qız uşaqları tapmağı da təklif edirdi.

Araşdırma zamanı üzə çıxanlar bəzi din adamlarının qadın satıcısı rolunu oynadıqlarını və uşaqların cinsi istismarına dini don geyindirdiklərini də göstərirlər.

Siğə nikahı

Siğə şiələr tərəfindən müvəqqəti evliliklər üçün istifadə olunan və qadına pul ödənən dini nikahdır.

Əhalisinin əksəriyyətinin sünni olduğu ölkələrdə isə "Misyar nikahı" buna bənzərdir.

Siğə və misyar nikahı əslində bir kişinin səyahət edərkən arvadını yanına ala bilməsi üçün yaranıb, amma bu gün məhdud bir vaxt üçün intim münasibətə girilməsi üçün istifadə edilir.

Müsəlman alimləri arasında da bu, bir müzakirə mövzusudur. Bəzi alimlər bunun fahişəliyi qanuni göstərmək üçün istifadə edildiyini söyləyir və qısa vaxtlı bir evliliyin necə ola biləcəyini sorğulayır.

BBC-nin iraqlı və ingilis qrupu 11 ay sürən bir araştırma aparıb, bəzi din adamlarını gizli kamerayla çəkib və cinsi təcavüzə məruz qalan qadınlarla əlaqə saxlayıb. Eyni zamanda din adamlarına "siğə üçün gəlin" tapmaları qarşılığında pul alan kişilərlə görüşüb.

15 il sürən müharibədən sonra 1 milyon iraqlı qadının dul qaldığı, çoxunun da ev-eşiyini itirdiyi təxmin edilir. BBC-nin müxbir qrupunun araşdırması bir çox qadının da yoxsulluq üzündən siğə nikahını qəbul etmək məcburiyyətində qaldığını göstərir.

Geniş yayılmış siğə

Araşdırma qrupu İraqın ən müqəddəs türbələrindən ikisinin siğə nikahında istifadə edildiyinə dair sübutlar əldə edib.

Məsələn, şiə müsəlmanları üçün ən önəmli məkanlardan paytaxt Bağdaddakı Hadimiyyədə 10 din adamıyla təmas yaradılıb. Bunlardan səkkizi siğə nikahı qıya biləcəyini söyləyib, yarısı da 12, ya da 13 yaşındakı qız uşaqları ilə nikahı bağlaya biləcəklərini bildirib.

BBC qrupu eyni zamanda şiə hacılar üçün dünyanın ən böyük məkanı sayılan Kərbəladakı 4 din adamıyla görüşüb. İkisi azyaşlı qız uşaqları ilə siğə nikahı kəsməyi qəbul edib.

Dörd din adamı gizlicə çəkilib. Üçü qadın, dörd din adamından ikisi də kiçik yaşlarda qız tapmasını qəbul edib.

Bağdadda Sayyid Raad adlı bir din adamı BBC-nin kimliyini gizlədən müxbirinə şəriətin siğə nikahı üçün vaxt məhdudiyyəti qoymadığını söyləyib.

Raad "bir kişi istədiyi sayda qadınla evlənə bilər. Bu qızla yarım saatlığına evlənə bilərsiniz, bitər-bitməz də dərhal başqa biri ilə evlənə bilərsiniz" deyib.

"9 yaşdan yuxarı heç bir problem yoxdur"

Müxbirimiz, Sayyid Raaddan bir qız uşağıyla siğənin mümkün olub-olmadığını soruşduğu zaman "Sadəcə bəkarətini itirməməsinə diqqət et" cavabını alıb. 

Raad həmçinin "ön sevişməyə yol verə bilərsiniz, yanında yata bilərsiniz, vücuduna, döşlərinə toxuna bilərsiniz. Öndən intim əlaqəyə girə bilməzsiniz, amma anal seks ola bilər" deyib.

Bu vəziyyətdə qızçığaz əzab cəkərsə, nə olacaq deyə soruşanda din adamı çiyinlərini çəkib, "bu sənin və onun arasındadır, qızın ağrıya dözüb-dözməyəcəyinə baxır" deyə cavab verib.

Kərbalalı din adamı Şeyh Salawi də gizli kamerayla çəkiliş zamanı 12 yaşındakı bir uşaqla siğənin qəbul edilib-edilməməsini soruşduqda "bəli, 9 yaşdan yuxarı heç bir problem olmaz. Şəriətə görə problem yoxdur" deyib.

Sayyid Raad kimi Salawi üçün də tək problem qızın bakirəliyidir. Kiçik yaşdakı qız razılıq verirsə, ön sevişmə ve anal seksin de qəbul oluna biləcəyini söylədikdən sonra əlavə edib: "Nə arzulayırsan, onu da elə".

Telefonda evlilik

Kimliyini gizlədən BBC müxbiri siğə nikahı müddətini test etmək üçün Seyid Raad-a 13 yaşındaki "Şeyma" adlı bir qız uşağıyla siğə elətdirmək istədiyini söyləyib.

Həqiqətdə isə Şeyma rolunu BBC-dən bir əməkdaş oynayıb.

Seyid Raad qızın ailəsiylə görüşmək və ya danışmaq da istəmədi. Gizli müxbirlə bir taksiyə minən Raad telefonda nikah bağlamağı qəbul edib.

Qıza "Şeyma, evlənməyə və qarşılığında sənə bir gün üçün 150 min dinar ödənməsinə razısanmı?" deyə soruşub.

Sonunda isə "bu anda evlisiniz ve birlikdə olmanız halaldır" deyib. Bunun üçün BBC müxbirindən 200 dollar alıb və 13 yaşındakı qız uşağının aqibəti ilə bağlı qayğılandığını göstərən hər hansı bir kəlmə söyləməyib.

Dini qılıf

Yadlarla intim münasibətə girmək üçün mütəmadi siğədən istifadə edən evil bir kişi BBC-yə "12 yaşındakı bir qız bahalıdır, çünkü hələ 'təzədir'. Bahalı olur. 500, 700, 800 dollar olur və bu sadəcə din adamının aldığı puldur" deyib.

Eyni adam etdiklərinin dini bir qoruyucu olduğuna inandığını söyləyərək "bir din adamı sizə siğənin halal olduğunu söyləyirse, bu, günah sayılmaz" deyib.

İraqda qadın sığınma evləri şəbəkəsini idarə edən Yanar Məhəmməd, qız uşaqlarının insandan çox "mal" kimi görüldüyünü söyləyib.

Eyni zamanda qadın haqları fəalı olan Məhəmməd deyir ki, "maldan" bəlli yollarla istifadə etməyə icazə verilir. Ancaq bəkarətdən sonralar edəcəkləri böyük alver üçün istifadə edirlər". 

Burada "böyük alver" evlənmək mənasındadır.

Məhəmməd bildirib ki, "bir qızın bəkarəti itirildiyində onunla evlənmək ayıb sayllır. Hətta namusuna xələl gətirdiyi üçün ailəsi tərəfindən öldürülməsi riski ilə də üzləşir. Hər zaman bədəl ödəyənlər isə qız uşaqları və qadınlardır".

Qadın alveri 

Araşdırmaçılar azyaşlı qızlar tapa biləcəklərini söyləyən din adamları ilə dialoqlarını gizlicə qeyd ediblər.

Eyni zamanda bir din adamı tərəfindən satıldığını iddia edən və bu iddiası şahidlər tərəfindən təsdiq edilən bir azyaşlı qızla görüşüblər.

Araşdırma qrupu bundan başqa 24 saatlıq siğə üçün kimliyini gizlədən BBC müxbirinə kiçik yaşda bir qız uşağı təklif edən bir din adamını gizli kamera ilə lentə alıb.

Din adamı qadın alveri edirdi.

Gizli müxbir siğədən imtina edincə, din adamı bəlkə 10 yaşlarındakı bir qız uşağı istəyə biləcəyini söyləyib və birini tapmağı təklif edib.

Qınama

Ghaith Tamimi Londonda mühacirətdə yaşayan, kecmiş şiə din adamlarından biridir.

Tamimi siğəni qadınların istismarı üçün istifadə edən, xüsusilə də azyaşlı qızlarla siğə nikahı edən din adamlarını qınayıb və deyib ki, "bu adamın söylədiyi bir cinayətdir ve cəzalandırılması lazımdır".

Bəzi iraqlı şiə dini liderlər İslam hüququnun uşaqlarla intim münasibətlərə girməsinə icazə verdiyini yazır.

Ghaith Tamimi isə şiə dini liderlərə bu cür halları qınamağa çağırır.


bbc.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10